1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.08.2020 16:28:57

"ABŞ yox, yalnız Türkiyə xalqı öz hökumət və prezidentinin dəyişməsi barədə qərar qəbul edə bilər"

İslamazeri.com xəbər verir ki, bunu, ABŞ prezidentliyinə namizəd Co Baydenin Türkiyə ilə bağlı qalmaqallı sözlərini şərh edən Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Baydenin prezident seçicələyi halda hazırkı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı “kənarlaşdırma” məqsədi ilə Türkiyə müxalifətini dəstəkləyə biləcəyinə dair sözləri “cahillikdir və Türkiyə xalqına etinasızlıqdır”.

“Biz bu cür zorla qəbul etdirməni qəti surətdə təkzib edirik”, - deyə Çavuşoğlu ABŞ dövlət katibi Mayk Pompeo ilə Dominikan Respublikasında keçirdiyi görüşün nəticələri barədə danışarkən bildirib.

Türkiyəli nazir həmçinin ABŞ-lı həmkarı ilə Liviyadakı vəziyyəti də müzakirə edib.

Onun sözlərinə görə, tərəflər bu ölkədəki vəziyyətlə bağlı mütəxəssislər səviyyəsində məsləhətləşmələri davam etdirməyə dair razılığa gəlib.


Çavuşoğlu ABŞ prezidentliyinə namizədi cahillikdə ittiham etdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Yunanıstan arxiyepiskopunun çıxışı müsəlmanları ayağa qaldırdı
    Yunanıstan arxiyepiskopu II İyeronimin çıxışı bütün dünya müsəlmanlarının qəzəbinə səbəb olub.
     19.01.2021
    ABŞ-da müsəlmanlara mesaj: Baydenin andiçmə mərasimi günündə paytaxtdan uzaq olun!
    Amerika-İslam münasibətləri Şurası (CAIR) amerikalı müsəlmanlara və digər azlıqlara müraciət edib
     19.01.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ