EURO 1,9396 TRY 0,2933
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.01.2019 00:56:00

ABŞ-ın Suriyadan çıxma prosesini NTV canlı yayımında dəyərləndirən Mövlud Çavuşoğlu Rusiyanın da YPG-nin silahı yerə qoymasını istədiyini söyləyib.

ABŞ-ın "Patriot" məsələsində ilk təklifini Türkiyəyə etdiyini açıqlayan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, " "Patriot" üçün ABŞ-la razılaşa bilərik, amma S-400 məsələsində təkid olsa olmaz",- deyib.

İslamazeri.com xəbər verir ki, ABŞ-ın Suriyadan çıxma prosesini NTV canlı yayımında dəyərləndirən Mövlud Çavuşoğlu Rusiyanın da YPG-nin silahı yerə qoymasını istədiyini söyləyib.

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında iki görüş planlaşdırıldığını deyən Çavuşoğlu, "Birincisi, ikitərəfli görüş, digəri Soçidə başlayan üçtərəfli görüş. Qarşıdakı həftələrdə bu üçlü sammit üçün dostlarımız işləyirlər. Ruslardan tarix təkliflərini gözləyirik",- deyib.

ABŞ-ın Türkiyəyə "Patriot" hava və raket müdafiə sistemlərinin satışı haqqında ilk təklifini etdiyini deyən Çavuşoğlu, S-400 məsələsində təkid olsa qəbul etməyəcəklərini vurğulayıb.

Çavuşoğlu, "ABŞ "Patriot" məsələsində ilk təklifini təqdim edib. Rusiya ilə əldə etdiyimiz bir müqaviləni müdafiə etmək səyində deyilik. Bizim hazırda hava müdafiə sisteminə ehtiyacımız var. Gələcəkdə "Patriot" da ala bilərik. Nəticədə bir ticarət aparırsınız, artıq sırımaları qəbul etməyən bir Türkiyə var. Biz ABŞ-a qarşı da şəffaf olduq, "Bizim ehtiyacımız var, Sizdən istədik, vermədiniz. NATO-nun da fikri bu istiqamətdədir, "NATO müttəfiqləri istədikləri hava müdafiəsini ala bilər. Onsuz da bitmiş bir müqavilə var, verdiyimiz sözü heç vaxt unutmarıq. S-400 müqaviləsi də onsuzda olub bitmiş bir müqavilədir. "Patriot" üçün ABŞ-la razılaşa bilərik, amma S-400 məsələsində təkid olsa, olmaz".


Çavuşoğlu: ABŞ-la “Patriot” barədə razılaşa bilərik, amma...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda göydən daş
    Hadisə Xətai rayonu Sarayevo küçəsində baş verib
     25.06.2019
    Gürcüstanda yeni parlament sədri seçildi
    Gürcüstan parlamentinin bugünkü plenar iclasında Arçil Talakvadze spiker seçilib.
     25.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ