1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. KRİMİNAL

Kateqoriya : XƏBƏRLƏR

KRİMİNAL

Yayınlanma tarixi:05.02.2019 11:25:52

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə günün ikinci yarısında davam etdirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını yekunlaşdırılıb.

Elan olunmuş ittiham üzrə C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini söyləyiblər.

Məhkəmədə deyilib ki, mülki iddiaçı "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatı C.Hacıyevə qarşı 69 xarici şirkətlərə ayrəlmış kredit üzrə 3 milyard 700 min manatdan artıq mülki iddia qaldırıb.

Həmçinin, C.Hacıyevlə yanaşı digər şəxslərə qarşı da mülki iddia qaldırıldığı elan olunub.

Həmin şəxslər mülki iddiaları qəbul etmədiklər deyiblər.

Daha sonra prokuror sübutların tətqiqi mərhələsində əvvəlcə təqsirləndirilən şəxslərin, sonra zərərçəkmiş, şahidlərin dindirilməsini və digər sənətlərin elan olunmasını istəyib.

Məhkəmə sabiq bank rəhbəri C.Hacıyevə ifadə verməsini təklif edib. O, növbəti iclasda ifadə verəcəyini söyləyib.

Proses fevralın 7-də davam etdiriləcək.


Cahangir Hacıyevə qarşı daha bir mülki iddia qaldırıldı - 3,7 milyardlıq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ