1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:06.09.2019 08:42:09

"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri, mənimsəmədə təqsirləndirilən Cahangir Hacıyev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri, mənimsəmədə təqsirləndirilən Cahangir Hacıyev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun vəkili Fəxrəddin Mehdiyev BBC News Azərbaycancaya deyib ki, müvəkkilinin işi bir neçə epizod üzrə aparıldığından son artırılan cəza müddəti "Azərbaycan Beynəlxalq Bankı"nın törəmə Moskva filialının layihələri ilə bağlı olub".

Keçmiş bankir Cinayət Məcəlləsinin "mənimsəmə və israfetmə", həmçinin "vəzifə səlahiyyətindən sui-istifadə etməkdə" maddələri ilə ittiham olunub.

Vəkil bu gün verilmiş məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.

2016-cı ildə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Bu işdə Cahangir Hacıyevlə birgə ittiham olunan sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay həbsə məhkum edilib.

Digər təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, yerli media xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cahangir Hacıyevə əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il cəza tələb etmişdi.

Cahangir Hacıyev məhkəmənin qərarı ilə daha öncə 2016-cı ildə 15 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cümə axşamı günü isə o, əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay müddətinə həbsə məhkum edilib.

Məhkəmə prosesində cənab Hacıyevlə yanaşı ittiham olunanlardan sabiq deputat Dünyamin Xəlilovun əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay, İsmayıl Hidayətzadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası istəmişdi.

Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla vəsait çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

Cahangir Hacıyev ona qarşı irəli sürülən ittihamları qəbul etmir.


Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının keçmiş sədridir.

O, 2016-cı ildə böyük dələduzluq və yeyintinin iştirakçısı olmaqda ittiham edilərək 15 il müddətinə həbs edilib. Onun rəhbərlik etdiyi bankdan on milyonlarla funt sterlinq pul yoxa çıxıb.

Hakimlər ona 39 milyon funtu (51.30 milyon dollar) geri ödəməyi əmr edib.


Cahangir Hacıyevə hökm oxunub: 16 il 6 ay həbs

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Özbəkistanda toy xərclərinə limit
    Özbəkistanda toy xərclərinə limit qoyulur
     21.09.2019
    Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar
    Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.
     21.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ