EURO 1,858 TRY 0,2502
USD 1,7 RUB 0,0238
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:02.09.2019 14:14:41

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cahangir Hacıyev və Dünyamin Xəlilov son sözlə çıxış edib

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Cahangir Hacıyev və Dünyamin Xəlilov son sözlə çıxış edib. D. Xəlilov bildirib ki, Beynəlxalq Bankdan götürülmüş kreditlər xaricdəki layihələrə sərf edilib: “Hər hansı mənimsəmə və talama cinayətində iştirak etməmişəm. Barəmdə bəraət hökmü çıxarılmasını tələb edirəm”.

C. Hacıyev isə qeyd edib ki, irəli sürülən 4 milyardlıq ittiham şişirdilib: “Mən bankın pulunu mənimsəməmişəm. Barəmdə bəraət hökmü çıxarılsın”.

Məhkəmə hökm çıxartmaq üçün müşavirəyə gedib. Hökmün elanı qeyri-müəyyən günə qədər təxirə salınıb.

Xatırladaq ki, prokuror çıxışında Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib. Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib. (APA)


Cahangir Hacıyev məhkəmədə son söz deyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Laricani Ayətullah Xameneinin müşaviri oldu
    İran Parlamentinin 3 çağırışda spikeri olan Laricaniyə yeni vəzifə verildi
     29.05.2020
    İran XİN Azərbaycan xalqını təbrik edib
    İran XİN-in "Twitter" hesabında bildirilib.
     28.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ