EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:05.03.2019 14:16:28

Kollec məzunlarının ali məktəblərə qəbul olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub.

Kollec məzunlarının ali məktəblərə qəbul olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. “Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə yazıb.

O bildirib ki, kollec məzunlarının ali məktəblərə qəbulu 2019-cu ildə həyata keçiriləcək: “Bütün ixtisaslar üzrə kollec məzunları ali məktəblərə qəbul ola bilməyəcək. Yalnız müəyyən ixtisaslar üzrə qəbul aparılacaq. Bu ixtisasların siyahısı isə Təhsil Nazirliyi tərəfindən müəyyən ediləcək. Hər kəs yalnız kollecdə bitirdiyi ixtisas üzrə ali məktəbə qəbul ola biləcək, başqa ixtisas seçə bilməyəcək. Bakalavr pilləsində təhsilini yarımçıq qoymuş şəxslər kolleclərə birbaşa qəbul ola biləcəklər. Əsas məsələ qəbulun hansı nəticə ilə həyata keçirilməsidir ki, bu layihədə əksini tapmayıb. Təklif edirəm ki, bu kolleclərdə təhsil alan şəxslərin təhsil aldıqları müddətdə əldə etdikləri qiymətlərin hesablanması qaydası ilə həyata keçirilsin. Yəni bütün qiymətlər cəmlənsin, yekun bal kimi qəbul edilib ixtisas seçiminə buraxılsın. Bundan əlavə, kollec məzunlarının ödənişli ya ödənişsiz təhsil alması da layihədə əks olunmayıb”.


“Bütün kollec məzunları universitetlərə qəbul ola bilməyəcək”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İran Netanyahunun oğlu və arvadının telefonuna sızdı - İDDİA
    İsrail mediası bu dəfə İran hakerlərinin Netanyahunun ailəsinin telefonlarına sızdığını yazıb
     20.03.2019
    Laqodexidə İmam Əlinin mövludu keçirilib - FOTO
    Gürcüstanın Laqodexi bölgəsində Şahi Vilayət - Həzrəti Əlinin (ə) mübarək mövludu münasibətilə mərasim keçirilib
     20.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ