EURO 1,9288 TRY 0,311
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.09.2018 14:20:04

“Mən düşünürəm ki, Avropa avroplalılara aiddir.”

İslamazeri.com-un “The Local”-a istinadən verdiyi xəbərə əsasən, çox sayda mühacirin yaşadığı İsveçin şəhərlərindən birində çıxış edən Tibetin dini lideri Dalay-lama bəyan edib ki, Avropa miqrantları qəbul etməli və onlara yardım etməlidir, lakin nəticədə də mühacirlər vətənlərinin inkişafı ilə məşğul olmaq üçün öz ölkələrinə geri qayıtmalıdırlar.

Qeyd edilir ki, Dalay-lamanın özü də mahiyyətcə qaçqındır.

Tibetin dini lideri Dalay-lama Malmödə çıxış edərkən bildirib ki, qaçqınlar öz ölkələrinin bərpası ilə məşğul olmaq üçün vətənlərinə geri dönməlidir.

Malmö İsveçin ən çox qaçqın yaşadığı 3-cü şəhəridir.

Dalay-lamanın sözlərinə görə, real təhlükə ilə üz-üzə qalan qaçqınlara yardım məsələsində Avropa “əxlaqi cavabdehlik” daşıyır.

“Onları qəbul etmək, onlara yardım etmək, onları öyrətmək... Lakin nəticədə onlar (qaçqınlar) öz ölkələrini inkişaf etdirməlidirlər.”, - deyə özüdə öz vətənindən qaçmaq məcburiyyətində qalmış 83 yaşlı dini lider qeyd edib.

“Mən düşünürəm ki, Avropa avroplalılara aiddir.”, - deyə Dalay-lama yekunda bildirib.


Buddist lider: Avropa avropalılarındır, qaçqınlar evlərinə qayıtmalıdırlar!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şadlıq saraylarına POS terminal quraşdırılır? - Ekspert
    "Şadlıq saraylarında POS terminallar quraşdırılsa, toy sahibi yığılan vəsaitə görə vergi ödəməlidir."
     25.03.2019
    Afrikada müsəlman kəndində qırğın: 130-dan çox ölü
    Sözügedən yaşayış məntəqəsində isə fulbe xalqının nümayəndələri yaşayır.
     25.03.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ