1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2019 12:51:13

Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən İslamazeri.com-a verilən məlumata görə, işlər axşam saatlarınadək davam edəcək.

Qeyd olunub ki, gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.


Bu yolda hərəkət məhdudlaşdırılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ