EURO 1,9801 NEFT 72,65
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:14.11.2017 12:27:45

Liviyanın Misrata şəhərində 700-ə dək terrorçunun cəsədi əlavə analizlər üçün dondurucu-morqlarda saxlanılır.

Ötən il öldürülmüş yüzlərlə İŞİD üzvünün cəsədi hələ də Liviyanın Misrata şəhərindəki xüsusi soyuducularda saxlanılır.

İslamazeri.com AFP-yə istinadla xəbər verir ki, kustar yolla düzəldilmiş iri konteyner-soyuducularda 700-ə dək terrorçunun cəsədinin saxlanıldığı təzmin edilir. Bu barədə şəhərdəki mütəşəkkil cinayətkarlığa qarşı yüksək səviyyədə qorunan bazanın nümayəndəsi Əli Tuveylib bildirib. Onun sözlərinə görə, meyitlər çürüməməsi üçün mənfi 18-20 dərəcə temperaturda saxlanılırlar.

2016-cı ilin dekabrında Siirt şəhəri azad edilərkən məhv edilmiş İŞİD üzvlərinə məxsus cəsədlər hələ də sonrakı taleyini gözləyirlər. Onların şəxsiyyətləri və vətəndaşlıqları müəyyənləşdirilməlidir. Kompleksdəki konteynerlərin yaxınlığındakı kiçik hücrə həkimlər üçün laboratoriya rolunu oynayır. Lazımi avadanlıqların olmaması səbəbilə indiyədək yüzlərlə cəsədin analiz edilmədən dəfn edildiyi bildirilir.

Qeyd edək ki, ötən il ABŞ koalisiyasının hava zərbələri nəticəsində öldürülmüş terrorçuların cəsədləri günlərlə yerdə qaldığı üçün ərazidə epidemiya təhlükəsi yaranıb. Həmin əməliyyatdan sonra 1500-2000 cəsəd Aralıq dənizinə atılsa da, qalanları soyuducu morqlarda yerləşdirilib. Kompleksin nümayəndəsi meyitləri növbəti DNT analizlərinədək qorumaq üçün lazımi texniki təminat göstərilməyəcəyi təqdirdə onların ekshumasiya ediləcəyini qeyd edib.


Bu şəhərdə yüzlərlə İŞİD-çinin cəsədi soyuducuda saxlanılır - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hacı Şahin Həsənli Adnan Oktardan danışdı
    Türkiyədə bir müddətdir həbs olunan Adnan Oktarla bağlı İslamazeri.com ölkənin tanınmış ilahiyyatçısı, "Məşədi Dadaş" məscidinin imamı Hacı Şahin Həsənlinin fikirlərini öyrənib
     19.07.2018
    60 SANİYƏ: Bu günün 3 önəmli xəbəri - VİDEO
    Bu günün 3 önəmli xəbəri
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ