EURO 1,8941 TRY 0,2634
USD 1,7 RUB 0,0215
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:30.01.2020 22:17:17

İslam Dünyasının ən mühüm və ən əsas məsələsi kimi Fələstin amalını müdafiə müsəlmanlara hər zamandakından daha çox vacibdir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Ayətullah Xameneinin müşaviri və İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi Əli Əkbər Vilayəti deyib ki, “əsrin sövdələşməsi” amerikan planda məqsəd, Asiyanın qərbini səbatsızlaşdırmaqdır.

Vilayəti “əsrin sövdələşməsi” planının təqdimatından sonra bir açıqlamada bu hərəkəti pisləyərək, onu əsrin kələyi adlandırararaq deyib: “Əsrin sövdələşməsi” planı beynəlxalq qanunların aşkar şəkildə pozulması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə etinasızlıq kimi, olduqca təhlükəli nəticələrə gətirib çıxaracaq."

"Paytaxtın Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsi və Cövlan yüksəkliklərinin rəsmən tanınmasının Tramp və Netanyahu üçün istənilən nəticəni vermədiyi kimi, “əsrin sövdələşməsi” planının təqdimatı mübariz fələstinli qrupların birliyinə, həmçinin Qüdsi-Şərifin azad edilməsinədək müqavimət prosesinin kəmiyyət və keyfiyyət baxımından inkişafına səbəb olacaq.", -deyə Ayətullah Xameneinin müşaviri  əlavə edib.

İslami Oyanış Ümumdünya Assambleyasının baş katibi həmçinin vurğulayıb ki, İslam Dünyasının ən mühüm və ən əsas məsələsi kimi Fələstin amalını müdafiə müsəlmanlara hər zamandakından daha çox vacibdir.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Ağ Ev-də sionist rejimin baş naziri Benyamin Netanyahu ilə yanaşı, “əsrin sövdələşməsi” planını təqdim edib.

Fələstinli qrupların, eləcə də xalqın geniş müxalifətilə üzləşən bu plan ərəb ölkələrində yaşayan fələstinli mühacirlərin öz torpaqlarına qayıdışı məsələsini ləğv etmək məqsədini güdür.

Bu plan BMT Təhlükəsizlik Şurasının 194 saylı qətnaməsinin maddələrinə ziddir.


Bu saziş mübariz fələstinli qrupların birliyinə səbəb oldu - Vilayəti

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Sistani koronavirusdan ölənlərin kəfən, dəfn və digər məsələləri açıqladı - ƏTRAFLI
    İraq mediası Ayətullah Seyid Sistaninin koronavirusa yoluxaraq ölənlərin kəfən və dəfn edilməsi barədə suallara verdiyi cavabları yayımlayıb.
     29.03.2020
    Həzrət Əbəlfəzl Abbasın (ə) mövlud günüdür
    Əziz müsəlman bacı və qardaşlarımızı cihad meydanının qəhrəmanı olan Həzrəti Əbəlfəzli Abbasın(ə) mövludu münasibəti ilə təbrik edirik!
     29.03.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ