EURO 1,9874 NEFT 73,93
USD 1,7 RUB 0,0272
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:26.12.2017 09:07:14

Ötən gün aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb

İqtisadçı ekspert Vuqar Bayramov Nazirlər Kabinetiin bu qərarının benzinin qiymətini qaldırıb qaldırmayacağını şərh edib. İqtisadçı bildirib ki, bə qərar yeni qiymət artımlarına səbəb olub-olmaması barədə suallar yaradıb. V. Bayramov xatırrladıb ki, Nazirlər Kabinetinin 14 iyul 2017-ci il qərarı ilə, Azərbaycana gətirilən 92 oktan ədədi ilə benzin idxal rüsumundan azad edilmişdi və aksiz dərəcəsi 1 ton üçün 200 manatdan 1 manata endirilmişdi: “Son qərar faktiki olaraq bu ilin iyulunda endirilmiş dərəcələrinin əvvəlki səviyyəyə yüksəldilməsini nəzərdə tutur. Yeni qərar 95-dən az oktan ədədi olan benzinə tətbiq edildiyindən üçün bu Azərbaycana idxal edilən yüksək oktanlı benzinlərin xərcinə təsir göstərməyəcək. Həmin benzinlərə tətbiq edilən aksız dərəcələri dəyişdirilməyib. Eyni zamanda, daxili bazarda 95-dən az oktan ədədi olan benzin Aİ 92 markalı benzindir. Həmin benzin isə yerli istehsal olduğundan son qərar sözügedən benzinə də təsir göstərmir. Sadəcə, iyulda dərəcələrin aşağı salınması yenidənqurma işləri ilə bağlı olaraq daxili benzinin istehsalı azalması ilə əlaqədar idi. İndi isə istehsal daxili tələbi ödədiyi üçün idxal aksiz dərəcələri tənzimlənən benzinin xərcinə təsir göstərmir. Bu baxımdan, Nazirlər Kabinetinin son qərarı daxili bazarda satılan benzinlərinin qiymətinin artırılması üçün zəmin formalaşdırmır. Bununla yanaşı, əgər qiymət artımları baş verəcəksə belə artımların iqtisadi əsası olmayacaq”. (Qafqazinfo)


Bu qərar benzinin qiymətini qaldıracaqmı?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp: Avropa İttifaqı bizim düşmənimizdir!
    ABŞ prezidenti Avropa İttifaqını Rusiya və Çinlə bir tutub.
     16.07.2018
    Azərbaycandan Gürcüstana 9 mln. dollardan çox pul köçürülüb
    Bu ilin ilk yarısında Azərbaycandan Gürcüstana 9 mln. dollardan çox pul köçürülüb
     16.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ