EURO 1,9338 TRY 0,2945
USD 1,7 RUB 0,0269
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:29.03.2019 12:59:34

Əli deyir ki, məktəbin müəllimləri, şagirdləri o cümlədən kənd camaatı ona çox qayğı və sevgi göstərirlər.

Bərdə rayonunda müvəqqəti məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün 13 yaşlı Əli Rəsul oğlu Hümbətov məktəbə getmək üçün hər gün təxminən 5 km aralıda yerləşən Zərdab rayonuna üz tutur.

İslamazeri.com-un Oxu.Az-a istinadən məlumatına görə, məktəb yolunun bir hissəsi Kür çayından keçir. Bizimlə söhbətində Əli Hümbətov bildirdi ki, 5 ildir Kür çayını qayıqla keçərək Zərdab rayonunun Miqdar Umudov adına Xasa kənd orta məktəbinə gedir Bu illər ərzində havanın isti və ya soyuq olmasına baxmayaraq, çalışıb ki, dərsdən qalmasın.

Ancaq hava küləkli olanda Kür çayı keçilməz olur. Belə hava şəraitində Əli məcburən dərsdən qalsa da, sinif yoldaşları və müəllimləri keçmədiyi dərsləri öyrənməkdə ona kömək edirlər.

Səhər saat 7 də evdən çıxan 5-ci sinif şagirdi bir saat sonra, saat 8 də məktəbdə olur. Məsafə uzun olsa da, dərsə gecikmir. Əksinə hamıdan tez məktəbə gəlir. Dərslərini yaxşı oxuyan Əli əlaçıdır. O, gələcəkdə polis olmaq istəyir.

Qeyd edək ki, Baba meşə ərazisi Bərdə rayonunun ən ucqar yaşayış məntəqəsindən təxminən 25 km aralıda yerləşir. Sözü gedən ərazidə 10-dək məcburi köçkün ailəsi məskunlaşıb. Onların hamısı təsərrüfatla, heyvandarlıqla məşğuldurlar.

Ərazidə məktəbli şagird isə yalnız Əli Hümbətovdur. Əli deyir ki, məktəbin müəllimləri, şagirdləri o cümlədən kənd camaatı ona çox qayğı və sevgi göstərirlər.

Zərdab rayon Miqdar Umudov adına Xasa kənd ümumi orta məktəbində isə 80 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 17 nəfər pedaqoq məşğul olur.

 

 
 
 
 
 
 

Bu obada cəmi bircə şagird var, o da məktəbə qayıqla gedir - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyədə avtobus qatara çırpıldı
    Hadisə yerinə təcil tibbi yardım heyəti cəlb edilib.
     24.06.2019
    Jurnalist qadından şok iddia: Tramp məni zorlayıb...
    Tramp məsələyə reaksiya verib.
     24.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ