Təsərrüfatçılar yüksək reproduksiyalı toxumlardan istifadə ediliblər.
Gədəbəydə kənd təsərrüfatının əsasını təşkil edən kartofçuluqdan bu il də fermerlər bol məhsul götürməyi qarşıya məqsəd qoyublar. 2019-cu məhsul ili üçün rayon ərazisində 10 min 377 hektar sahədə kartof əkilib.
Təsərrüfatçılar yüksək reproduksiyalı toxumlardan istifadə ediliblər. Hazırda sahələrdə bütün aqrotexniki tədbirlər və xəstəliklərə qarşı dərmanlama işləri yekunlaşıb.
Gədəbəy Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu il hər hektardan 120 sentner məhsulun tədarükü planlaşdırılır.
Gədəbəy kartofunun əsas satış yeri daxili bazar hesab olunur.
Məhsulun yığımına avqust ayından başlanılacaq.(KepezTV)
Bu il kartof bol olacaq - Kəpəz TV