1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:01.11.2019 09:43:16

Şəxsiyyət vəsiqələrinin yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq verilməsinə başlanılır

Bu gündən ərazi polis orqanlarının və "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.

İslamazeri.com-un məlumatına görə, bu, şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabr ayından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq hər bir “ASAN xidmət” mərkəzində və ərazi polis qurumunda verilir.

Ümumən Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.


Bu gündən şəxsiyyət vəsiqələri belə veriləcək - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020
    ABŞ etiraf etdi: İranın bazamıza hücumunda yaralananlar olub
    ABŞ Prezidentinin Ayn Asad hərbi bazasında heç bir hərbçinin hədəf alınmamasıyla bağlı açıqlaması yalan çıxdı
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ