Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:25.11.2021 13:01:58

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Konfrans liqası turnirinin qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

“Bakı Metropoliteni” QSC-dən İslamazeri.com-a verilən məlumata görə, qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Qarabağ” klubunun rəhbərliyi QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

Klubun müraciəti və oyuna marağı nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişik edib. Bununla əlaqədar olaraq, oyunun keçiriləcəyi arenanın yaxınlığında yerləşən “Gənclik”, habelə “Nəriman Nərimanov” və “28 May” stansiyaları noyabr ayının 25-dən 26-na keçən gecə saat 01:00-dək sərnişinlərin girişinə açıq olacaq. Sərnişinlər mənzil başına çatdırılana qədər xətlərdə qatarların hərəkəti təmin ediləcək.

Futbol oyununun başlanma vaxtı ərəfəsində “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Stansiyanın yerləşdiyi ərazidə keçirilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə müvafiq işlər görüləcək.

Bundan savayı, “Nəriman Nərimanov” stansiyasında da ehtiyat tədbirləri görüləcək.


Bu gün metronun üç stansiyasının iş vaxtı bir saat uzadılacaq

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş Roma Papasına: Tövbə etməlisən...
    Xatırladaq ki, Roma Papası şənbə günü Yunanıstana gəlib və səfər 3 gün davam edəcək.
     5.12.2021
    Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci oldu
    Portuqaliyanın Gimaraynş şəhərində “TeamGym” üzrə Avropa çempionatı başa çatıb.
     5.12.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ