1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:27.02.2021 11:01:49

Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür

İslamazeri.com xatırladır ki,  hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər (s) ailəsində, İmam Əli (ə) və Peyğəmbərin (s) can parəsi olan xanım Fatimeyi-Zəhranın (ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər (s) yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atasının zinəti" deməkdir.

Həzrət Zeynəb (ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşayıb. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da, bu barədə yazılmış kitablarda qeyd olunub.

Xanım Zeynəb (ə) çox dözümlü, güclü, səbirli bir xanım olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhz xanım Zeynəb (ə) olub. Xanım Zeynəb (ə) Kərbəla hadisəsini bir xanımın iradəsində layiqincə canlandıran xanımlardan biridir. Gözlərinin önündə qardaşının, yaxınlarının, ən əsası körpələrin, daha əsası isə Peyğəmbər (s) əmanətlərinin qanına qəltan olduğunu görən bir xanımın bunun ilahi bir əmr olduğunu bildiyi üçün yüksək dözüm, iradə, səbr nümayiş etdirməsi bəşəriyyətə bir mesaj, bir çağırış idi. Xanım Zeynəb (ə) məhz o gün cəsarətli, şücaətli, ismətli, iffətli, iradəli, səbrli bir qadın obrazını canlandıraraq gələcək nəsillər üçün ilahi bir nümunə bəxş etdi. Onun pak qəbri Suriyada, Dəməşq şəhərində yerləşir. Suriyadakı ixtişaş və müharibə başlayana qədər, o türbə də əhlibeytsevərlərin tək buraxmadığı ziyarətgahlardan idi. Sonradan terror hədələri bu ziyarətgahın, geniş zəvvar kütləsinin üzünə bağlanmış oldu. Lakin son aylar İran, İraq və digər ərəb ölkələrindən, həmçinin Azərbaycandan da müharibədən sonra Xanım Zeynəbin (ə) ziyarətinə zəvvar axını başlayıb. 

Xanım Zeynəb kimdir?


Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəhimə Xanım (s.ə) ziyarətgahı - VİDEO LAYİHƏ
    “Shafaqna Azərbaycanca”nın video layihəsi çərçivəsində Rəhimə Xanım (s.ə) ziyarətgahı ilə bağlı hazırladığı videonu təqdim edirik.
     8.04.2021
    Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başlayıb - VİDEO
    Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb.
     8.04.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ