Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:4.12.2021 11:41:22

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qərarı ilə Azərbaycanda 2015-ci il 6 dekabr matəm günü elan olunub.

İslamazeri.com xəbər verir ki, yanğın 2015-ci ilin 4 dekabrında baş verib. 

Faciə neft yatağının 10 saylı Dərin Dəniz Özülündə baş verib. Nəticədə 63 nəfər zərər çəkib. Onlardan 16-sı həlak olub, 16-sı itkin düşüb.

 

Qəza baş verəndən qısa müddət sonra Fövqəladə Hallar Nazirliyinin “Günəşli” yatağında növbədə olan “Vixr-9” yanğınsöndürən gəmisi, daha sonra isə “Vixr-5” yanğınsöndürən, “Avior” dalğıc gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni zamanda “Topaz-Diqnizi”, “Endeavour”, “Protektor”, “Lənkəran” gəmiləri də yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub. 

5 dekabr tarixində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. FHN-in həmin xilasedicilərinin bir qrupu AZAL-a məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən üç nəfəri təxliyə edərək həmin gəmiyə götürüb.

Beləliklə, 33 nəfər təxliyə edilib, bir nəfərin isə cəsədi sudan çıxarılıb.

SOCAR-ın rəsmi açıqlamasında bildirilib ki, su altındakı 10 saylı platformanın qaz kəməri qasırğa səbəbindən zədələnib və nəticədə yanğın baş verib.

6 dekabr tarixində səhər radələrində Dövlət Neft Şirkətinin yaydığı məlumatda qeyd edilib ki, xilasetmə işləri fasiləsiz olaraq davam edir. 

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezident İlham Əliyevin qərarı ilə Azərbaycanda 6 dekabr matəm günü elan olunub. 


Bu gün “Günəşli” yatağında baş verən faciədən altı il ötür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən informatika fənni üzrə imtahan modeli ilə bağlı YENİ QƏRAR
    Dövlət İmtahan Mərkəzi (DİM) informatika fənni üzrə imtahan modeli ilə bağlı yeni qərar verib.
     24.01.2022
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə hərbi gəmi və təyyarə göndərir
    NATO Şərqi Avropadakı müttəfiq ölkələrə əlavə döyüş təyyarələri və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ