EURO 1,9424 NEFT 62,11
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:04.09.2018 13:22:54

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Ölkə başçısının 13 noyabr 2017-ci il tarixli, 1681 nömrəli fərmanı ilə təsdiq edilmiş "Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”yə əsasən bioloji fəallığa malik qida əlavələrinin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək səlahiyyəti Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən həyata keçirilir.

QTA-nın mətbuat xidmətindən İslamazeri.com-a verilən məlumata görə, Agentlik tərəfindən, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin rəyi əsasında, aşağıda adları qeyd olunan, keyfiyyət və təhlükəsizlik göstəriciləri standartlara cavab verməyən 15 adda məhsulun ölkə ərazisinə idxalı, istifadəsi, satışı və dövriyyəsinin qadağan olunması haqqında qərar qəbul olunub.

Qeyd olunan məhsulların siyahısı ilə Əlavə 1-də tanış ola bilərsiniz.

Bununla yanaşı, aparılan analitik ekspertiza nəticəsində bioloji fəallığa malik qida əlavəsi adı altında ölkəyə idxal olunan 50 adda məhsulun əslində bioloji fəallığa malik qida əlavəsi olmadığı aşkar olunub. Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, Əlavə 2-də adları qeyd olunan həmin məhsullar ölkə ərazisində bioloji fəallığa malik qida əlavəsi kimi satıla və ya istifadə oluna bilməz.

Qida Təhlükəsizliyi Agentliyi bu sahədə fəaliyyət göstərən sahibkarlara insan sağlamlığına mənfi təsir edə biləcək həmin məhsulların idxalına, ixracına, istehsalına və satışına yol verməmələri üçün xəbərdarlıq edir.

Bildirilir ki, bu cür fəaliyyətlə məşğul olan sahibkarlar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbirlər həyata keçiriləcək.

Əlavə 1
İdxalı, istifadəsi və satışı qadağan olunmuş məhsullar

 
 
Əlavə 2
Bioloji fəallığa malik qida əlavəsi kimi idxalı, istifadəsi və satışı qadağan olunmuş dərman vasitələri

Bu dərmanların istifadəsi qadağan edildi - SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 10 dekabr Ümumdünya İnsan Hüquqları günüdür
    Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir.
     10.12.2018
    Messi 15 milyon dollara təyyarə aldı
    Təyyarə üçün xüsusi anqar tikiləcək.
     10.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ