EURO 1,9349 NEFT 56,5
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İQTİSADİYYAT

Kateqoriya : XƏBƏRLƏR

İQTİSADİYYAT

Yayınlanma tarixi:02.03.2018 18:45:37

Əbu-Dabi (AUH) - Bakı (GYD) - Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılıb.

Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcıları  - AZAL və “Etihad Airways” arasında razılaşmaya əsasən Əbu-Dabi (AUH) - Bakı (GYD) - Əbu-Dabi (AUH) marşrutu üzrə birgə reyslərin ilk dəfə yerinə yetirilməsinə başlanılıb.

 “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, uçuşlar hər həftə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək.

 İlk reys “EY297” martın 2-də göyərtəsində “Etihad Airways” aviaşirkətinin rəhbər heyəti, diplomatlar, KİV təmsilçiləri və digərlərinin də daxil olduğu xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən uçub.

 Elə həmin gün AZAL QSC-nin Prezidenti Cahangir Əsgərov və “Etihad Airways” aviaşirkətinin Baş İcraçı Direktoru Piter Baumqartnerin görüşü keçirilib. Görüşdə Azərbaycan və BƏƏ-nin milli aviadaşıyıcılarının əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub.

 Cahangir Əsgərov qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin daimi diqqət və qayğısı sayəsində Azərbaycanın mülki aviasiyası sürətlə inkişaf edir: "Son illərdə mülki aviasiyanın maddi-texniki bazasının gücləndirilməsi və onun müasir səviyyəyə çatdırılması istiqamətindəki işlər ardıcıl və sistemli xarakter daşıyır".

 “AZAL və “Etihad Airways” mülki aviasiya sahəsində köhnə tərəfdaşlardır. Azərbaycan və BƏƏ-ni müntəzəm sərnişin daşımaları əlaqələndirir, aviaşirkətlər arasında birgə reyslərin açılması isə Azərbaycan vətəndaşlarına uçuşların coğrafiyasını daha da genişləndirməyə imkan verəcək, əlavə turist axını cəlb edəcək və işgüzar səfərlər üçün daha çox imkanlar yaradacaq”, - deyə AZAL prezidenti bildirib.

Piter Baumqartner isə qeyd edib ki, yeni reys BƏƏ-dən sərnişin axınının daha da artmasına və iki ölkə arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə səbəb olacaq: "Əbu-Dabi və Bakını birləşdirən müntəzəm reyslərin açılmasına çox şadıq. 2015-ci ildə Azərbaycan tərəfindən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza alınması proqramı ölkəyə olan marağı əhəmiyyətli dərəcədə stimullaşdırdı ki, bu da yüksək turist axını artımına səbəb oldu”.


Əbu-Dabidən Bakıya aviareys açılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Harrazi: Avropadan SPV üçün əməli addım gözləyirik
    İranın Xarici Əlaqələr Şurasının sədri Kamal Harrazi Avropadan maliyyə mexanizması olan SPV haqqında əməli addım atmasını gözlədiklərini bildirib.
     19.12.2018
    DYP sürücülərə müraciət etdi
    Bunu Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
     19.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ