1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.12.2019 23:31:36

Cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilir.

İslamazeri.com "bbc"yə istinadən xəbər verir ki, cümə axşamı günü Böyük Britaniyada ümumi seçkilər keçirilir.

Britaniyalılar təxminən son 5 ildə üçüncü dəfədir ki, seçkilərdə iştirak edir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 7-də açılıb və axşam saat 10-da bağlanacaq.

Axşam saat 10-da, seçki məntəqələrinin bağlanmasından dərhal sonra nəticələrin hesablanmasına başlanılacaq.

İlk nəticələr cümə günü səhəri açıqlanacaq.

Kütləvi informasiya vasitələri seçki məntəqələrinin açıq olduğu müddətdə seçki kampaniyasının detalları və ya seçkilərlə bağlı məsələləri yayımlaya bilməzlər.

Seçkidə majoritar sistemlə 650 deputat seçiləcək. Hər bir dairədə ən çox səs toplayan namizəd qalib hesab olunacaq.

Britaniyada seçkilər adətən dörd və ya beş ildən bir keçirilir. Lakin oktyabr ayında deputatlar növbədənkənar seçkilər keçirməyə səs veriblər.

Britaniyada seçkilərin qış mövsümündə keçirilməsi bundan əvvəl 1974-cü ildə baş verib. Dekabr ayında seçkilərin keçirilməsi isə təxminən 100 il əvvəl (1923) baş verib.

18 yaşından yuxarı Britaniya vətəndaşları, Birlik ölkələri və Şimali İrlandiyada yaşayan vətəndaşlar səsvermə hüququna malikdir. Onlar bunun üçün qeydiyyatdan keçməlidirlər.


Britaniyada ümumi seçkilər keçirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Mədinə şəhərindəki Məscidün-Nəbinin (s) qapıları ibadətə açılacaq
    Səudiyyə Ərəbistanı pandemiya səbəbindən krallıqda bağlanan məscidlərin tədricən açılacağını elan edib.
     30.05.2020
    Azərbaycanda
    Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
     30.05.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ