1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:24.03.2020 11:10:01

Britaniyalılar "tamamilə zəruri" işə gedib-gəlmək, nadir hallarda “əsas ehtiyaclar” üçün bazarlıq etmək və tibbi səbəblər istisna olmaqla, üç həftə evdə qalmalıdırlar.

İslamazeri.com BBC-yə istinadən xəbər verir ki, britaniyalılar "tamamilə zəruri" işə gedib-gəlmək, nadir hallarda “əsas ehtiyaclar” üçün bazarlıq etmək və tibbi səbəblər istisna olmaqla, üç həftə evdə qalmalıdırlar.

Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində yeni qadağaların tətbiqinə bazar ertəsi başlanılıb.

Britaniyada artıq 335 nəfər koronavirusa görə ölüb, 6000-dən çox insan infeksiyaya yoluxub.

Üç həftə ərzində geyim və elektronika mağazaları da daxil olmaqla "zəruri olmayan mallar" satan mağazalar, kitabxanalar, oyun meydançaları, açıq idman salonları və ibadət yerləri bağlanacaq.

İki nəfərdən çox adamın (birlikdə yaşayan insanlar istisna olmaqla) toplaşması qadağan ediləcək.

Yas mərasimləri istisna olmaqla, toy və ya dini tədbirlər keçirilməyəcək.

Parklar açıq qalacaq, lakin insanlar gündə yalnız bir növ məşq (qaçış, gəzmək) edə bilərlər.

Bu qadağaları əhaliyə Baş nazir Boris Johnson televiziya çıxışı ilə açıqlayıb. O həmçinin deyib ki, insanlar onlarla birgə yaşamayan dostları və ya ailə üzvləri ilə görüşməmələridirlər.

İnsanlar küçəyə çıxarkən digərlərindən ən azı 2 metr uzaq gəzməli, başqa sözlə, sosial məsafə qoymalıdırlar.

Cənab Johnson bu qaydalara əməl edilmədiyi təqdirdə, polisin cərimələr edə və toplaşmalara müdaxilə edəcəyini deyib.


Britaniyada koronavirusla bağlı yeni, ciddi qadağalar başladı, evdən çıxmaq olmaz...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Amerikalı jurnalistin muzdlularla bağlı sualına Azərbaycan Prezidentinin maraqlı cavabı
    İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
     25.10.2020
    Düşmənin döyüş texnikaları belə məhv edilərək geri çəkilməyə məcbur oldu - VİDEO
    Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.
     25.10.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ