EURO 1,8744 TRY 0,2954
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:03.09.2019 10:09:33

Böyük Britaniyada 17 yaşlı oğlan son 10 ildə qeyri-sağlam qidalar qəbul etdiyi üçün görmə və eşitmə qabiliyyətini itirib.

islamazeri.com "bbc"yə istinadən xəbər verir ki, Böyük Britaniyada 17 yaşlı oğlan son 10 ildə qeyri-sağlam qidalar qəbul etdiyi üçün görmə və eşitmə qabiliyyətini itirib.

Həkimlər daxili xəstəlikləri tərtib etdikləri sənəddə bu gəncin kartof çipsi, kartof qızartması, ağ çörək və işlənmiş ətlə bəslənmə nəticəsində 15 yaşından etibarən görmə və eşitmə problemi ilə üzləşdiyini bildiriblər.

Bu gəncdə qeyri-sağlam qida istifadəsi nəticəsində vitamin çatışmazlığı görülüb. Bu isə həmin şəxsdə qidalanmaya bağlı olan optik nevropatiyaya (sinir saisteminin pozulması) səbəb olub. Bu narahatlıq daha çox uşaqların yetərsiz qidalandığı inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Adı açıqlanmayan gəncin müalicəsini aparan Bristol Universitetinin Milli Səhiyyə Xidmətlərində çalışan Deniz Atan pis qidalanma ilə görmənin itirilməsi arasındakı əlaqəyə dair kifayət qədər məlumatlılığın olmadığını bildirib.

Sözügedən gənc 14 yaşında yorğunluğa görə həkimə müraciət edib. O "yemək seçicisi" olub, heç bir dərman qəbul etməyib və digər sağlamlıq problemi də olmayıb.

Ancaq qan testləri gəncin B12 çatışmazlığına görə qanazlığı olduğunu göstərib. Bu isə yorğunluğa səbəb olan amillərdən biridir.

On beş yaşında isə o eşitməsini itirməyə başlayıb. Daha sonra görməni itirməyə başlayıb. İki il ərzində getdikcə ağırlaşan eşitmə və görmə imkanları 17 yaşında tamamilə itirilib.

Sənədi hazırlayanlardan Dr Atan "B vitamini və mis çatışmazlığının da görmə və eşitmənin itirilməsinə səbəb ola biləcəyini" söyləyib. Deniz Atan gəncin sümüklərindəki zəifliyin də D vitamini çtışmazlığından irəli gəldiyini, yetərli miqdarda balıq yağı, pendir və yumurta istifadəsinin olmaması ilə əlaqədar olduğunu bildirib.

Deniz Atan gəncin yemək vərdişləri ilə bağlı "Hər gün məhəllələrindəki balıqçıdan yalnız kartof qızartması alır, çips atışdırır, ağ çörək və işlənmiş donuz kolbasası və sosislərindən yeyirmiş" deyib.


Britaniyada 10 ildir cipsi, donuz kolbasası ilə qidalanan gənc görmə və eşitmə qabiliyyətini itirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Türkiyə yığması ardıcıl 2-ci, tarixdə 5-ci dəfə Avropa çempionatına yüksəlib
    İslandiya ilə qolsuz heç-heçə edərək AVRO-2020-nin seçmə mərhələsini uğurla adlayan Türkiyə millisi həlledici raunda yüksəlib.
     15.11.2019
    Sabahdan Azərbaycanda payız tətili başlayır
    Sabahdan Azərbaycanın orta məktəblərində payız tətili başlayır.
     15.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ