1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:28.05.2019 13:29:05

Braziliyalı futbolçu İslam dinini qəbul edib.

İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, bu yaxınlarda İslam dinini qəbul etdiyini elan etmiş braziliyalı futbolçu Serxio Rikardo Neves müqəddəs məkanlardan görülüb.

44 yaşlı Rikardo öz futbol karyerası ərzində Braziliya ilə yanaşı, Səudiyyə Ərəbistanı və Türkiyə klublarında da oynayıb.

O, ötən həftə müsəlman olduğunu bildirib. Müvafiq videonu onun səudiyyəli dostu Məhəmməd Suveyd sosial şəbəkələrə yerləşdirib.

“Həmd olsun, mən artıq müsəlmanam və düşünürəm ki, bunun mənim həyatımdakı ən yaxşı qərar olduğunu anlayırsınız”, - deyə braziliyalı idmançı deyib.

Bu xəbərdən bir neçə gün sonra o, Məkkəyə gələrək, Ümrə ziyarətini yerinə yetirib. Braziliyalı idmançı ağ libas geyinərək böyük şövqlə Ümrə əməllərini yerinə yetirib.


Braziliyalı futbolçu İslamı qəbul etdi: Məkkəni ziyarət etdi - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Cəlilabadda nəzir qutusundan oğurluq edən şəxs saxlanılıb
    Cəlilabad Rayon Polis Şöbəsinə iyunun 22-nə keçən gecə Maşlıq kəndi ərazisindəki məscidin həyətindəki nəzir qutusundan 150 manat pulun oğurlanması barədə məlumat daxil olub.
     26.06.2019
    Tbilisidə daha 51 etirazçı həbsdən azad olunub
    Tbilisidə iyunun 20-si və 21-də Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiya zamanı saxlanılan daha 51 şəxs azadlığa buraxılıb
     26.06.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ