1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TEXNOLOGİYA

Kateqoriya : XƏBƏRLƏR

TEXNOLOGİYA

Yayınlanma tarixi:09.11.2018 09:43:34

Layihənin 2021-ci ilin mart ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq.

Xəzər Xəbər-in məlumatına görə, pilot layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə 3 ölkədə - Azərbaycan, Əfqanıstan və Qırğızıstanda həyata keçirilir. Layihənin ümumi dəyəri 3 milyon dollar həcmindədir. Bu çərçivədə Böyükşor gölündə "fotovoltaik" sistemin quraşdırılması nəzərdə tutulub.

Energetika Nazirliyinin Enerji Səmərəliliyi və Ekologiya şöbəsinin müdir müavini Ələsgər Həsənovun sözlərinə görə, ekspertlər tərəfindən gölə baxış keçirilib və enerji mənbəyinin quraşdırılacağı ərazilər müəyyən edilib. Sistem gölün tullantılardan təmizlənmiş hissəsində quraşdırılacaq.

Layihənin 2021-ci ilin mart ayınadək yekunlaşdırılması nəzərdə tutulub.


Böyükşor gölündə üzən günəş panelləri quraşdırılacaq - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keçmiş KQB zabiti prezidentin müşaviri oldu, ictimaiyyət təsadüfən bildi...
    Gürcüstan prezidenti Salome Zurabişvili SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) keçmiş zabiti Dmitri Lejavanı özünün müdafiə və təhlükəsizlik üzrə müşaviri təyin edib.
     21.08.2019
    "Facebook" sosial şəbəkəsi yeni funksiyanı işə salır.
     21.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ