1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.11.2019 11:08:43

Jeanine Anez növbəti seçkilərədək prezident vəzifəsini yerinə yetirəcəyini açıqlayıb.

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, istefa verməyə məcbur edilmiş Boliviya Prezidenti Evo Moralesin Meksikadan siyasi sığınacaq almasından sonra müxalifətdən olan senator Jeanine Anez növbəti seçkilərədək prezident vəzifəsini yerinə yetirəcəyini açıqlayıb.

52 yaşlı Anez Konstitusiyaya görə idarəetməni təhvil almaq növbəsinin onda olduğunu müdafiə edib və tezliklə növbəti seçkinin keçiriləcəyini bəyan edib.

Evo Morales bu açıqlamanı tənqid edib və Anezi "çevriliş taciri sağçı senator" adlandırıb.

Twitter hesabından mesaj verən 60 yaşlı siyasətçi "tarixdəki ən məkrli zərbə" ifadəsindən də istifadə edib.

Meksikadan siyasi sığınacaq alaraq bu ölkəyə getmiş Evo Morales bu qərarı təhlükəsizliyini təmin etmək məqsədilə verdiyini söyləyib.

Evo Morales 20 oktyabr seçkisindən sonra etirazlar nəticəsində bazar günü istefa verdiyini açıqlayıb. Moralesin istefasını istəyənlər arasında Bolivya ordusunun yüksək rütbəliləri də olub.

On dörd il ölkəni idarə etmiş lider "daha çox qan tökülməməsi üçün" öz istəyi ilə vəzifədən getdiyini bildirib.

Boliviyada oktyabrın 20-də keçirilmiş prezident seçkilərinin ilk turunda dövlət başçısı Evo Morales rəqibi Carlos Mesanı 10 faiz fərqlə geridə qoyduğunu və ikinci tura ehtiyac olmadığını açıqladıqdan sonra seçicilər küçələrə axışıb.

Səslərin 84 faizi sayıldıqdan sonra bu ölkənin seçki komissiyasının nəticələrin açıqlanmasını dayandırması seçkidə saxtakarlıq iddialarını ortaya atıb.

Müxalifətdə olan boliviyalılar küçələrə axışaraq seçkidə saxtakarlıq edildiyini, səslərinin oğurlandığını söyləməyə və etiraz etməyə başlayıblar.

Bazar günü Morales seçkilərin təkrar keçirilə biləcəyini açıqlayıb. Lakin ölkənin Baş Qərargah rəisi Williams Kaliman Moralesin artıq istefa verməsinin vacibliyini söylədikdən sonra Morales canlı efirdən istefasını elan edib.

Bunun bir çevriliş olduğunu deyən Morales Meksikaya mühacirət etmək məqsədilə təyyarəyə minərək ölkəni tərk edib.

Çərşənbə axşamı günü verilən son açıqlamaya görə, baş vermiş hadisələrdə indiyədək təxminən 7 nəfərin həlak olduğu deyilir.

Seçki komitələrində işləyən 30 səlahiyyətlinin həbs olunduğu bildirilib.


Boliviyada prezidentlikdən istefaya məcbur edilmiş Eva Moralesi müxalifətçi senator əvəzlədi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “EuroHome”da sahibkarlara ödəniləcək kompensasiya ilə bağlı müzakirə keçirilib
    Sahibkarlara dəymiş ziyanla əlaqədar olaraq aparılan müvafiq araşdırmalar barədə məlumat verilib.
     13.12.2019
    ABŞ Senatı erməni soyqırımının tanınmasına dair qətnaməni qəbul etdi
    ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib
     13.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ