1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:15.06.2017 16:26:11

BMT Baş katibi İsrail rejimi ilə bağlı etiraf edib.

İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, BMT Baş katibi Antoniu Quterreş bildirib ki, İsrail rejimi Suriyadakı bir sıra terror təşkilatlarına, o cümlədən "Nusra Cəbhəsi"nə dəstək verir.

“İşğal edilmiş Qolan yüksəkliklərində yerləşdirilmiş BMT sülhməramlı qüvvələrinin xüsusi məruzəsində deyilir ki, İsrail bir sıra hallarda Suriya müxalifətinə və oradakı terror qruplaşmalarına birbaşa və ya dolayı yollarla yardım edib.”, - deyə Quterreş bildirib.

Məruzədə qeyd edilir ki, BMT sülhməramlıları indiyədək  İsrail rejimi ilə terror qruplaşmalarının 16 təmasını qeydə alıblar.

Baş katib həmçinin BMT adıçəkilən ərazidəki sülhməramlıların təhlükəsizliyi üçün İsrail rejiminin qoşunlarını raket və artilleriya zərbələri endirməkdən çəkinməyə səsləyib. Qeyd edək ki, həmin qüvvələr 1974-cü ildən ildən bəri Qolan yüksəkliklərindədir və onlar Suriya ilə İsrail arasındakı sülhə nəzarət edirlər.

Xatırladaq ki, daha əvvəllər də KİV-də İsrail rejiminin terrorçulara tibbi yardım da daxil olmaqla, müxtəlif yardımlar göstərməsi barədə məlumatlar yer alıb.


BMT-dən İsrailə zərbə: Sənədlər ifşa olundu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ