1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.02.2021 18:40:20

BMT: Yəməndə milyonlarla uşaq ac qalacaq, yüzminlərlə uşaq ölə bilər

İslamazeri.com xəbər verir ki, 2021-ci ildə Yəməndə, gözlənildiyi kimi, 2,3 milyon uşaq aclıqdan əziyyət çəkəcək. 3,4 milyard dollarlıq humanitar reaksiya planı isə cəmi 1,9 milyard dollar maliyyələşdirilib.

Bu barədə BMT rəsmisi Stefan Düjarrik məlumat verib.

İndi isə Yəmən haqda. Yeni hesabatda deyilir ki, 5 yaşadək təxminən 2,3 milyon uşaq, proqnozlara əsasən, bu il kəskin yarıac-yarıtoxluqdan əziyyət çəkəcək. Onlardan 400 mini, gözlənildiyi kimi, ağır aclıqdan əziyyət çəkəcək və təcili müalicə almasalar, ölə bilər”, -deyə o qeyd edib.

Onun sözlərinə görə, məruzə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, UNICEF, Ümumdünya Ərzaq Proqramı və ÜST tərəfindən hazırlanıb. Düjarrik deyib ki, BMT qurumları xəbərdarlıq edir ki, bu, Yəməndə 2015-ci ildən bəri qeydə alınan ən yüksək aclıq göstəricilərindən biridir.

Yəmən üçün humanitar reaksiya planı olduqca qeyri-kafi maliyyələşdirilib. 2020-ci ildə plan lazım olan 3,4 milyard dollardan cəmi 1,9 milyard dollar əldə edib”, - deyə o əlavə edib.

Xatıradaq ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya artıq bir neçə ildir Yəmən və onun xalqına qarşı işğalçı və təcavüz siyasəti yürüdür. Koalisiya mülki obyektlərə – evlər, məktəblər, xəstəxanalar, yas məsclisləri, su və qida anbarlarına belə zərbələr endirməkdən çəkinmir. İndiyədək qadın, uşaq və yaşlılar da daxil olmaqla, onminlərlə dinc sakin həyatını itirib və yaralanıb. Koalisiyanın ölkənin hava, su və qurudan blokadaya salması nəticəsində isə ölkə əhalisinin böyük hissəsi aclıqdan əziyyət çəkir.

mənbə


BMT-dən dəhşətli Yəmən proqnozu: Milyonlarla uşaq təhlükə ilə üz-üzədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İtkin düşən daha bir zabitin şəhid xəbəri gəldi
    Vətən müharibəsində itkin düşən polkovnik-leytenant Sadıqov Yaşar Füzuli oğlunun şəhid olduğu müəyyənləşib.
     27.02.2021
    Bu gün Həzrəti Zeynəbin (ə) vəfat günüdür
    Hicri qəməri tarixi ilə Rəcəb ayının 15-i İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərinin dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı xanım Zeynəbin (ə) vəfat günüdür
     27.02.2021

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ