EURO 1,9044 TRY 0,2527
USD 1,7 RUB 0,0248
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.01.2020 15:31:14

BMT yeddi üzv ölkə təşkilatın büdcəsinə üzvlük haqqını ödəmədiyinə görə səs hüququndan məhrum edilib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında yeddi üzv ölkə təşkilatın büdcəsinə üzvlük haqqını ödəmədiyinə görə səs hüququndan məhrum edilib.

İslamazeri.com "Sputnik"ə istinadən məlumat verir.

Anadolu Agentliyi tərəfindən yaylan xəbərə görə,  Livan, Venesuela, Mərkəzi Afrika Respublikası, Qambiya, Lesoto, Tonqa və Yəmənə müvəqqəti məhdudiyyət qoyulub. Səbəb isə onların borcunun məbləğinin son iki il ərzindəki ödəmələrini xeyli üstələməsidir.

Səs hüququndan məhrumetmə BMT Nizamnaməsinin 19-cu maddəsi ilə nəzərdə tutulub.

2019-cu ildə BMT-nin 193 ölkəsindəın 146-sı üzvlük haqqını ödəyib. 47 ölkə isə borclarını ödəməyib. ABŞ-ın BMT-yə borcu 491 milyon dollar təşkil edir.

2017-ci ildə isə İsrail, bu qurum özünün yəhudi dövlətinə qarşı münasibətini dəyişməyəcəyi təqdirdə, BMT-yə dəstək göstərməkdən və onu maliyyələşdirməkdən imtina edəcəyini bildirmişdi.

BMT-nin ən iri donoru isə ABŞ-dır. Onun üzvlük haqqı - 2.6 milyard dollar - təşkilatın büdcəsinin 22%-idir.


BMT-də 7 ölkənin səs hüququ əlindən alındı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb
    Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
     03.06.2020
    Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
    Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
     03.06.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ