EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:23.08.2019 13:45:24

Fransa prezidenti Emmanuel Macron Amazon meşələrində baş verən silsilə yanğınların G7 sammitində "beynəlxalq böran" olaraq gündəmdə olmalı olduğunu söyləyib.

İslamazeri.com  BBC azərbaycancaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron Amazon meşələrində baş verən silsilə yanğınların G7 sammitində "beynəlxalq böran" olaraq gündəmdə olmalı olduğunu söyləyib.

"Bizim evimiz yanır", - o tvitində qeyd edib.

Braziliya prezidenti Jair Bolsonaro cənab Macronu meşə yanğınlarından "siyasi silah" olaraq istifadə etməkdə ittiham edib.

O deyib ki, yanğınları Braziliyanın iştirak etmədiyi G7 sammitində müzakirə etməyə çağırış "yersiz müstəmləkəçi təfəkkürlər" doğurur.

Milli Kosmik Tədqiqatlar İnstitutunun (National Institute for Space Research ) dərc etdiyi peyk məlumatları göstərir ki, bu il Braziliya boyu yanğınlar 85 faiz artıb və bu yanğınların çoxu Amazon bölgəsinə təsadüf edir.

Mühafizəçilər cənab Bolsonaro hökumətini Amazonun acınacaqlı vəziyyətində günahlandırır və deyirlər ki, o, ağac kəsənləri və fermerləri ərazini təmizləməyə təşviq edib.

Liderlər bu haqda nə deyib?

"Amazon meşəliyi-planetimizin 20 faiz oksigenini təmin edən ağ ciyərlər-yanır", - cənab Macron bu tvitiylə G7 sammitinin iştirakçılarını bu problemi müzakirə etməyə çağırmışdı.


Braziliya prezidenti Bolsorano Fransa prezidentini Braziliyanın daxili işinə qarışmaqda və meşə yanğınını "siyasi səbəblər üçün" istifadə etməkdə ittiham etmişdi.

BMT-nin Baş katibi Antonio Guterres Amazon yanğınlarından dərin təəssüf hissi keçirdiyini bildirib.

"Qlobal iqlim böhranının ortasında, bir oksigen və biomüxtəliflik mənbəyinə daha çox zərər verə bilmərik. Amazon qorunmalıdır", - o deyib.


"Bizim evimiz yanır" - dünya liderlərindən həyəcan təbili

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ