1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:03.10.2018 12:11:16

"Binədəki faciəli avtobus qəzası yollarımızda ciddi bir təhlükəni üzə çıxardı."

"Binədəki faciəli avtobus qəzası yollarımızda ciddi bir təhlükəni üzə çıxardı. Şübhəsiz ki, bu qəzanın əsas zəmini əksər avtobus sürücülərinin ifrat intizamsızlığı, bəzi adamların onlara yaratdığı cəzasızlıq mühitidir."

AzVision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, faciənin mənbəyi dəmiryol keçidlərindəki ciddi qüsurlardır.
Ekspert qeyd edib ki, hadisənin baş verdiyi keçidi (oradan çəkilmiş fotoları, videoları, görənlərin dediklərini) təhlil etdikdə aşağıdakı əsas qüsurlar aydınca görünür:

1. Keçiddəki işıqfor işləmir və ya ən pisi - qanunvericiliyə uyğun rejimdə işləmir. Hətta hadisə yerindən dünən çəkilmiş videoreportajdan görünür ki, keçidin yaxınlığında heç bir qatar olmaya-olmaya həmin işıqforun qırmızı işığı yanıb-sönür. Bu eybəcər mənzərə ölkəmizin ərazisindəki bütün dəmiryol keçidlərindədir. Amma bu işıqforun qanunda yazılan iş rejimi var. Həmin qurğu bu rejimdə işləməlidir, camaatı aldatmamalıdır. Rejim də belədir: qırmızı işıq yanırsa və ya yanıb sönürsə keçiddə avtomobil və piyada hərəkəti qadağandır, qatar gəlir deməkdir. Qatar yoxdursa, ya işıqfor sönməlidir, ya da işıqforda ağ işıq yanmalıdır. Amma bizim keçidlərdəki işıqforlar ya heç vaxt işləmir, ya da günlərlə qatar olmasa da, qırmızı işığı yanıb-sönür.

2. Həmin keçiddə 2.5 nişanı yoxdur və stop-xətt də çəkilməyib. Bu iki tənzimləmə vasitəsi çox vacibdir. Ən intizamsız sürücü də onları görəndə daha diqqətli olur.

3. Hadisə yerində ilk çəkilən fotolardan görünür ki, həmin keçiddə şlaqbaum adına bir sarı taxta parçası var (hadisədən sonra onu boyayıb qaydaya salmağa cəhd ediblər, amma yenə də yetərli deyil). Amma şlaqbaumun qanunda dəqiq qeyd edilən rəng tərtibatı var (növbləşən ağ və qırmızı rəng, ortada qırmızı dairə, özü də bunlar hamısı işıqqaytarıcı olmaqla).

4. Hadisə baş verən yerdə olanlar deyirlər ki, bu sarı taxtadan olan şlaqbaum düz-əməlli işləmirmiş (hadisə anının qeydə alındığı videoda onun bağlı olması görünmür).

5. Keçidin ərazisində və dəmiryolun mühafizə zonasında tikili var. Həmin yaxınlaşan qatarın görünməsini ciddi surətdə məhdudlaşdırır.

Ekspert xatırladır ki, dəmiryolun mühafizə zonasında tikintiyə icazə vermək və tikinti aparmaq cinayətdir. (CM-in 222-2-ci və 314-2-ci maddələri). Detallar araşdırılsa, xeyli başqa qüsurlar da görünər. Onun sözlərinə görə, bir neçə il əvvəl Lökbatanda da keçiddə sərnişin avtobusu ilə qatar toqquşmuşdu. O zaman da ölənlər və yaralananlar olub.

"Belə hadisələrdə intizamsız avtobus sürücləri ilə yanaşı dəmiryol işçiləri də məsuliyyət daşıyırlar. Dəmiryol keçidlərinin qeyd etdiyim qaydada təchizatı dəmiryol idarəsinin vəzifəsidir. Amma bu təchizatın yerində və qaydasında olmasına nəzarəti DYP və avtomobil yolunun sahibi etməlidir. Çox təəssüf ki, məsuliyyətsizlik faciələrə gətirib çıxarır. Xüsusən də 13 yaşlı yeniyetmə oğlanın həlak olması, körpə uşaqların şikəst olması daha ürəkağrıdıcıdır".

Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində qatarla 160 nömrəli avtobusun toqquşması nəticəsində 41 nəfər yaralanıb, 2 nəfər ölüb.

İslamazeri.com


Binədəki qəzanın bilinməyən səbəbləri - Ekspert şərh edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • “Ev pulu” necə hesablanır? - VƏTƏNDAŞLAR BUNU BİLMƏLİDİR
    Paytaxtda “kupçasız ev” probleminin yenidən gündəmə gəlməsi bir sıra məsələlərin aktuallıq qazanmasına səbəb olub.
     23.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ