EURO 1,8725 TRY 0,2943
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:04.11.2019 09:08:55

Bu sözləri Ayətullah Xamenei “Dünya imperializmi ilə milli mübarizə günü” ərəfəsində məktəbli və tələbələrlə görüşü zamanı deyib

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei  “Dünya imperializmi ilə milli mübarizə günü” ərəfəsində ölkə boyu minlərlə məktəbli və tələbə ilə görüşüb.

Görüş zamanı Ayətullah Xamenei ABŞ ilə müzakirələrin heç bir nəticə verməyəcəyini bildirib. Sonra o deyib: "Qarşı tərəf İran rəsmilərinin müzakirə masası arxasında oturmalarını İran İslam Respublikasının diz çökməsi hesab edir və müzakirəyə israr belə bir hədəfə malikdir ki, dünya xalqlarına desinlər; maksimum təzyiq və sanksiyalar nəhayət nəticə verdi və iranlılar dizə çökdülər."

ABŞ-la müzakirələrə işarə edən İslam İnqilabı lideri "Amerika ilə müzakirənin ardıcıl şəkildə qadağan edilməsi onların İrana giriş yolunun bağlanması üzrə mühüm vasitələrdən biridir." -deyə əlavə edib.

Kuba və Şimali Koreya ilə ABŞ arasında nəticəsiz müzakirələrdən danışan Ayətullah Xamenei "Amerika və Şimali Koreyanın məsul şəxsləri qarşılıqlı surətdə bir-birilərinə qurban-sədəqə də getdilər, amma sonda amerikalılar müzakirələrdəki öz qaydalarına əsasən, sanksiyalardan azacıq da olsa belə azaltmadılar və heç bir imtiyaz da vermədilər.", -deyib.

Ayətullah Xamenei İranda bəzilərinin ABŞ ilə İran müzakirələrinin bəzi problemləri həll edəcəyini düşündüyünü, lakin onların böyük səhv etdiyini də dilə gətirib.

İslam İnqilabı lideri Fransa prezidentinin Trampla görüşdən sonra İranla problemlərin həll olduğunu deməsinə də işarə edərək bildirib: "Bu adam ya çox sadəlövhdür, ya da elə ABŞ-la əlbirdir."

Ayətullah Xamenei daha sonra uzun mənzilli raket istehsalını böyük uöur adlandıraraq, İrana qarşı səhv edəcəkləri təqdirdə hər bir hədəfə bu raketin tuş gələcəyini qeyd edib.


Bəziləri ABŞ-la müzakirələrin problemləri həll edəcəyini düşünür, lakin...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutuldu
    Bakıda sosial şəbəkələrdə narkotik vasitə və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan dəstənin üzvü saxlanılıb.
     13.11.2019
    Rusiyada erməni nasistinin xatirə lövhəsi qara boya ilə boyanıb
    Rusiyanın Armavir şəhərində faşist əlaltısı Qaregin Ter-Arutyunyana (Njde) qoyulan xatirə lövhəsi qara boya ilə boyanıb.
     13.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ