1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:05.08.2020 15:09:16

Livan paytaxtı Beyrutda çərşənbə axşamı günü Beyrut Limanı rayonunda ölkənin Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib.

İslamazeri.com xəbər verir ki, Livan paytaxtı Beyrutda dünən dəhşətli partlayış baş verib.

Bu gün açıqlanan rəqəmlərdə ölənlərin sayının 100-dən çox olduğu önə çəkilir.

Hadisə zamanı “Kataib” partiyasının baş katibi Nizar Nacaryan ölüb, Livan baş naziri Həsən Diabın ailəsi və müşavirləri xəsarət alıblar.

Rusiya səfirliyinin binasına partlayış zamanı ziyan dəyib, bir diplomatik korpus əməkdaşı xəsarət alıb. Qaxaxıstanın Livandakı konsulunun da müxtəlif xəsarətlər aldığı qeyd edilir.

Liman yaxınlığında bir neçə bina və evlərə də ciddi ziyan dəyib.

Partlayış zamanı BMT-nin nümayəndəlik işçiləri, həmçinin Niderland konsulunun həyat yoldaşı yaralanıb.

ivanın Baş naziri Hassan Diyab Beyrutdakı partlayışın səbəbini açıqlayıb.

Bu haqda Livan prezidentinin ofisi məlumat yayıb.

“Məsuliyyətə cəlb edərək ən ağır cəzanı çəkməsi üçün baş verən hadisənin cavabdehini tapmayınca sakitləşən deyiləm. Çünki 2750 ton Ammonium nitrat önləyici tədbirlər görülmədən 6 il anbarda saxlanılması yolverilməzdir”, - deyə o bildirib.

O, 48 saat içərisində hadisənin səbəbini və cavabdehlərini müəyyən edəcək araşdırma üçün komissiyanın yaradılmasını təklif edib.

 Ancaq Al Hadath İsrail hücumlarını istisna etməyib. Telekanal hücumun Hizbullahın anbarına həyata keçirildiyi versiyasını verib. Al Mayadeen telekanalı isə partlayışın partlayıcı anbarında baş verdiyini bildirib.

Qazaxıstan diplomatları partlayışlarının sayının bir neçə olduğunu açıqlayıblar.

İsrail mediası İsrail rəsmilərinin bu ölkəyə aid heç bir qoşunların hücum həyata keçirmədiyini bildirir.

Beyrut qubernatoru partlayışı “Hirosima və Naqasaki”dəki partlayışla müqayisə edib. Livan xüsusi xidmət orqanları terror aktı versiyası haqqında danışmağın erkən olduğunu bildirib.

Livan prezidenti Mişel Aun bəyan edib ki, Beyrutun liman zonasındakı güclü partlayışların səbəbi gömrük xidməti tərəfindən müsadirə edilərək anbarda saxlanılan 2750 ton Ammonium nitratdır.

Livanın daxili işlər naziri Rayya əl-Həsən də “əl-Cədid” telekanalının efirində partlayışın Ammonium nitrat versiyasını açıqlayıb və əlavə edib ki, yük 2014-cü ildən limandakı anbarda saxlanılırdı.

Livan üzrə mütəxəssis olan jurnalist Hala Caber bildirib ki, 2013-cü ilin sentyabr ayında texniki problem səbəbi ilə Moldaviya bayrağı altında üzən gəmi Beyrut limanına daxil olub. Həmin gəmi Gürcüstandan Mozambika Ammonium nitratı daşıyırdı. Dah sonra yük gömrük xitməti tərəfindən müsadirə edilərək limandakı anbara yerləşdirilib.

Türkiyə və ABŞ Livana evakuasiya ilə bağlı yardım təklif edib.

Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna başsağlığı verib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı tvitterdə paylaşım edib.

Gürcüstanın baş naziri Girogi Qaxariya da Livan xalqına başsağlığı verib.


Beyrut partlayışı ilə bağlı xəbərlərin xülasəsi - ƏTRAFLI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO
    Azərbaycan Ordusunun bölmələri düşmən mövqelərinə artilleriya zərbələri endirir.
     30.09.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ