Beyləqanda pambıq tarlasında çalışanlar arasında kütləvi zəhərlənmə olub.

İslamazeri.com xəbər verir ki, pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.
Beyləqanda pambıq tarlasında çalışan 15 nəfər zəhərlənib