1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:08.10.2018 13:25:38

"Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub".

"Sosial şəbəkələrdə yayılan rəqəmlər Azərbaycandakı işsizlərin sayını göstərmir, orada işsizlikdən sığorta ödənişi alanların sayı əks olunub".

İslamazeri.com xəbər verir ki, bunu "Report"a açıqlamasında Dövlət Statistika Komitəsinin (DSK) Əmək statistikası şöbəsinin müdiri Nemət Xuduzadə deyib.

O bildirib ki, işsizlikdən sığorta ödənişini işsiz statusu alan şəxslər ala bilərlər: "Qeyd olunan məlumatları Komitə rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alır. Rəsmi məlumatlara görə, sentyabr ayının 1-i vəziyyətinə ölkədə 35 440 nəfər işsiz statusu alan şəxs var".

Şöbə müdiri sosial şəbəkələrdə yayılan siyahıdakı rayonlar üzrə işsiz statusu və işsizlikdən sığorta ödənişi alan şəxslərin siyahsını da açıqlayıb.

Siyahını təqdim edirik:

Azərbaycanda olan rəsmi işsiz statusu alanların sayı

Tovuz rayonu üzrə 230

Goranboy rayonu üzrə 174

Ağstafa rayonu üzrə 151

Daşkəsən rayonu üzrə 3

Balakən rayonu üzrə 181

Qəbələ rayonu üzrə 127

Astara rayonu üzrə 92

Qusar rayonu üzrə 99

Beyləqan rayonu üzrə 170

Ağcabədi rayonu üzrə 313

İşsizlikdən sığorta ödənişi alanların sayı

Tovuz rayonu üzrə 6

Goranboy rayonu üzrə 4

Ağstafa rayonu üzrə 3

Daşkəsən rayonu üzrə 3

Balakən rayonu üzrə 3

Qəbələ rayonu üzrə 3

Astara rayonu üzrə 1

Qusar rayonu üzrə 1

Beyləqan rayonu üzrə 1

Ağcabədi rayonu üzrə 1


Beyləqanda 1, Qəbələdə 3, Goranboyda 4 işsiz var? - DSK-dən açıqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • 12 min ziyarətçi Ərbəin yürüşü üçün Azərbaycandan İrana daxil olub
    Böyük Ərbəin yürüşü yaxınlaşdığı bu vaxtlarda İranın Astara sərhəd qapısından İraqa getmək üçün 12 min ziyarətçinin daxil olduğu bildirilib.
     16.10.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ