Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. DİN

Kateqoriya : DİN

Yayınlanma tarixi:10.05.2022 10:29:52

Şəvval ayının əvvəlində olan Fitr bayramını günbəgün geridə qoyduqca, şəvval ayı başlanğıcda bizi bayram və sevinclə qarşıladığı kimi, ayın ortaları və yekunları çox hüznlü tarixlərlə səciyyələnir.

İslamazeri.com xatırladır ki, Şəvval ayının 8-i - vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılmasının ildönümüdür. Bu tarix 1344-cü hicri-qəməri və 1925-ci miladi tarixində vəhhabi vandalları tərəfindən Bəqi qəbiristanlığının dağıdılması 20-ci əsrin cinayətləri sırasında yer alır.
Bildiyimiz kimi, Bəqi qəbiristanlığı Mədinə şəhərində Məscidün-Nəbinin qarşısında yerləşir.

“Bəqi” ərəb dilindən tərcümədə “bol ağac bitən və ya ağac kökləri ilə dolu olan ərazi” deməkdir. Müqəddəsliyinə görə bura Cənnətül-Bəqi də deyirlər. Bəqi qəbiristanlığı İslamdan əvvəldə Yəsrib camaatının qəbiristanlığı idi. Burada Peyğəmbərin (s) oğlu İbrahim, qızları Ümmü-Gülsüm, Zeynəb, Ruqəyyə, Ühüd döyüşündə şəhid olanlar və digər səhabələr - o cümlədən, Abdullah ibn Məsud, Peyğəmbərin (s) əmisi Abbas ibn Əbdülmüttəlib, Həzrət Peyğəmbərin (s) süd anası Həlimə binti Əbu Züeyb, İmam Əlinin (ə) anası Fatimə binti Əsəd və başqaları dəfn olunmuşdur.
Bu məkanda Peyğəmbərin (s) nəvəsi: İmam Həsən (ə), İmam Səcccad (ə), İmam Muhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin (ə) qəbirləri yerləşir.
Tarixən Bəqi qəbiristanlığının uçurulması iki dəfə baş verib.
Birinci dəfə 1800-cü ildə (hicri 1221-ci il) vəhabi qüvvələri Əbdüləziz ibn Səudun başcılığı ilə Mədinə şəhərini uzun müddət mühasirədə saxladıqdan sonra əhalini kütləvi qətlə yetirdilər. Peyğəmbərin (s) qəbrini qarət etdikdən sonra Əbdüləziz ibn Səud Bəqidəki qəbirlərin uçurulması əmrini verdi.
Bu zaman Osmanlı xəlifəsi öz valisi Məhəmməd Əli paşaya Hicazı vəhhabi hakimiyyətindən azad etməyi əmr edir. Hicri tarixi ilə 1227-ci ildə vəhhabilər məğlubiyyətə uğrayırlar. Bundan sonra əhali mübarək məkanları yenidən bərpa edir.
İkinci dəfə isə hicri 1925-ci ildə (hicri 1344-cü il şəvval ayının 8-i ) ibn Səud yenidən hakimiyyətə gəlir. Həmin il Şeyx Abdullah özünün baş qazisini Süleyman ibn Bülheydəni Mədinəyə və Hicaza alimlərdən məqbərələrin uçurulması razılığını almaq uçun göndərir. Onların bir coxu canlarının qorxusundan cavab vermir. Bəziləri isə razılıqlarını bildirirlər. Vəhhabi vandalları da silah gücünə Mədinə şəhərində və şəhərdən kənarda olan günbəzləri və zərihləri, o cümlədən məsum İmamların (ə) məqbərələrini uçurdurlar.
Hazırda da həmin qəbirlər dağıdılmış vəziyyətdədir, onların yaxından ziyarət edilməsi qadağan olunub.  İstər sünni, istərsə də şiə məzhəbindən olan müsəlmanlar bu vəhşiliyi dəfələrlə qınamışlar. Hazırda dünyanın müxtəlif bölgələrində yaşayan müsəlmanlar Səudiyyə Ərəbistanı hakimiyyətinə müraciət edərək, qəbirlərin bərpa edilməsini tələb edir.


Bəqi qəbiristanlığının dağıdılmasından 97 il ötür

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Teymur Musayev Ümumdünya Səhiyyə Assambleyasının plenar iclasında çıxış edib
    Ümumdünya Səhiyyə Assambleyası ÜST-nin qanunverici və ali orqanıdır. Assambleyanın əsas funksiyası təşkilatın fəaliyyətinin qlobal siyasi istiqamətlərinin müəyyən edilməsidir.
     23.05.2022
    Nazirlik: IV siniflərdə monitorinq keçiriləcək
    İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ