Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:10.05.2022 13:56:57

Səudiyyə Ərəbistanı Bəqi qəbiristanlığında Əhli-Beyt İmamlarının (ə) məzarlarını ziyarət etmək üçün qoyulan məhdudiyyətləri yüngülləşdirmək üçün göstərişlər verib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, bu qərar Şəvval ayının səkkizinci gününə təsadüf edən Bəqi məzarlığındakı pak qəbirlərin sökülməsinin ildönümü ərəfəsində verilib.

Mənbələr Səudiyyə Ərəbistanının Bəqi qəbiristanlığında qoyulan bəzi qadağaları yüngülləşdirildiyini və müqəddəs məzarlığa giriş vaxtlarının uzadıldığını bildirib.

Mədinəyə gələnlərin və Bəqidəki pak qəbirləri ziyarət etmək istəyənlərinin sayının artması fonunda verilən yeni qərara əsasən, ziyarətçilər artıq Bəqi məzarığına yalnız günəş çıxanda və günorta vaxtı deyil, həm də günortadan gün batana kimi daxil ola biləcəklər.

Lakin hələ də qadınların bu məzarlığa daxil olması və onun qapılarının arxasında toplanması qadağandır.

Qeyd edək ki, Bəqi qəbiristanlığında dörd Əhli Beyt İmamı (ə) dəfn olunub. Bunlar İmam Həsən Müctəba (ə), İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdir (ə). Burada, həmçinin Peyğəmbərin (s) əmisi Abbas (ə) və Həzrət Əbəlfəzlin (ə) anası Ümmül-Bəninin (s.ə) də məzarları yerləşir.


Bəqi məzarlığında bəzi məhdudiyyətlər yumşaldılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • DİM-dən Azərbaycan dilindən “qeyri-məqbul” qiymət alanlara MÜRACİƏT
    “Azərbaycan dili” (dövlət dili kimi) fənni üzrə ikinci imtahan 12 iyun tarixində keçiriləcək.
     23.05.2022
    Azərbaycanda koronavirusa yoluxmada SON VƏZİYYƏT
    Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 842 test icra olunub.
     23.05.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ