EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:25.04.2019 10:59:49

Səudiyyə Ərəbistanının təsiri ilə ölkədə Əhlibeyt davamçılarına qarşı represiyalar həyata keçirən Bəhreyn rejimi yenidən həbslərə başlayıb

Səudiyyə Ərəbistanının təsiri ilə ölkədə Əhlibeyt davamçılarına qarşı represiyalar həyata keçirən Bəhreynin Ali Xəlifə rejimi yenidən həbslərə başlayıb.

İslamazeri.com xəbər verir ki, Bəhreynin hüquq müdafiəçilərinin açıqlamasına görə, çərşənbə günü Bəhreynin hüquq mühafizə orqanları Abu Saybi və ya Abu Saiba məntəqəsində  Əhlibeyt davamçısı olan 12 nəfər şiəni həbs edib. Məlumata görə, Abu Saiba Manama yaxınlığında bir rayondur. Burada ölkənin ən böyük və arxitektur cəhətdən turistləri belə cəlb edən Hüseyniyyəsi fəaliyyət göstərir, həmçinin burada çox sayda seyid yaşayır. 

Qeyd edilir ki, həmişə İstintaq İdarəsi bu cür həbsləri həyata keçirərək siyasi məhbusları bu orqana bağlı təcridxanada saxlanılsada, bu dəfəki həbs Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib və həbs olunan 12 nəfərin aqibəti məlum deyil. Həmçinin onların ailələrinə həbs olunanlara qarşı verilən ittihamlar, saxlanılma yeri və səhhətləri haqda da məlumat verilməyib. Qeyd edək ki, həbs olunanların yarısı seyiddir.

Yerli media həbs olunanların adlarını açıqlayıb:

1. Seyid Əli Seyid Mustafa
2. Seyid Əhməd Seyid Mustafa
3. Seyid Cəfər Seyid Saleh
4. Seyid Əli Seyid Adnan
5.  Əli Salman Davud
6. Əli Mulla Cəvad Əl Mirzə
7. Qasim Abbas
8. Cəfər Əli Yusif
9. Seyid Murtəza Seyid Mustafa
10. Seyid Mahmud Seyid Səid
11. Əli Yaqub
12. Qasim Fərdan

Xatırladaq ki, vəhabi krallığın sifarişi ilə hərəkət edən Ali Xəlifə rejimi ötən il iki şiə gənc haqqında edam hökmü,  56 nəfər barəsində ömürlük həbsə məhkum etmişdi.


Bəhreyndə seyidlərin kütləvi həbsi başladı? - FOTO, SİYAHI

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Əli Həsənovun xanımının məhkəməyə gəlməsi tələb olunur
    İyulun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə "Kaspi" MMC-də 564 min manatın mənimsənilməsilə bağlı növbəti proses keçirilib.
     21.07.2019
    Başqasını xilas etmək istəyirdi, özü boğuldu - Bir gəncin faciəsi
    Bakıda, Qızıl Qum çimərliyində bir nəfər dənizdə boğulub.
     21.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ