Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.
"Report"un xəbərinə görə, həkimlər Mətbuat küçəsi 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar.
Onlardan biri ölüb, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.
Xatırladaq ki, hadisə bu gün Mətbuat küçəsi 36 ünvanında qeydə alınıb.
Huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir.
BDU-nun yataqxanasında 3 qız zəhərlənib, biri ölüb