Təcili

Məlumat

  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:27.11.2021 11:06:36

Türkiyənin ilk milli və xüsusi SİHA-sı (silahlı pilotsuz uçuş aparatı) olan "Bayraktar TB2" 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq Türkiyənin aviasiya tarixində yeni rekorda imza atıb.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, "Baykar" şirkətinin verdiyi açıqlamaya görə, "Bayraktar TB2" daha bir mühüm mərhələni geridə qoyub.

"Bayraktar TB2 SİHA Sistemi" Türkiyənin aviasiya tarixində ilkərə imza atarkən, 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayıb və səmada ən uzun xidmət göstərən uçuş aparatı olmuşdur.

"Baykar" şirkəti tərəfindən hazırlanan, texniki xüsusiyyətləri və iştirak etdiyi əməliyyatlar baxımından öz sinfinin ən yaxşısı olan milli SİHA "Bayraktar TB2" 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin (TSK) inventarına daxil olub.

2015-ci ildə silahlandırılan pilotsuz uçuş aparatı hazırda Türkiyə Silahlı Qüvvələri, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən operativ şəkildə istifadə olunur.

"Bayraktar TB2" SİHA 2014-cü ildən bu yana təhlükəsizlik qüvvələri tərəfindən daxildə və xaricdə terrorla mübarizədə aktiv fəaliyyət göstərir.


"Bayraktar TB2" yeni rekorda imza atıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Lukaşenko:
    “Bizə heç bir müharibə lazım deyil. Lakin elə bu amerikalıların özü polyaklar, latışların əli ilə və şəxsən özləri bizi bu addımlara sövq edir“.
     24.01.2022
    Azərbaycanda karantin müddəti niyə azaldılıb? - SƏBƏB AÇIQLANDI
    Azərbaycanda bu gündən etibarən test nəticəsi pozitiv olan şəxslərin və onlarla sıx təmasda olmuş şəxslərin təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
     24.01.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ