1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ

Kateqoriya : MÜSAHİBƏ

Yayınlanma tarixi:14.03.2018 20:59:24

Parisoula Lampsos Yunan əsilli Livanlı qadındır. Atası 1950-ci ildə böyük iş adamı kimi İraq höküməti tərəfindən ölkəyə dəvət alır...

Parisoula Lampsos Yunan əsilli Livanlı qadındır. Atası 1950-ci ildə böyük iş adamı kimi İraq höküməti tərəfindən ölkəyə dəvət alır. Parsivlanın Bağdad hekəyi o gündən sonra başlayır...
Gələcəkdə İraqın qəddar diktatoru ilə tanış olan qadın, devrilən diktatordan qaçana qədər onun qəzəbilə üz-üzə qalır.
İslamazeri.com xəbər verir ki, "Rudav" telekanalına verdiyi müsahibədə Parisoula Lampsos Səddam Hüseynlə bağlı dünya ictimaiyyətinin məlumatı olmayan şeyləri danışıb.

İslamazeri.com müsahibəni təqdim edir:


İraqa neçənci ildə getdiniz?
- Bağdada 1956-cı ildə köçdük. Nə qədər balaca olsam da o illəri yaxşı xatırlıyıram. Uşaqlıq və gəncliyimi orada keçirdim.


Səddamla nə vaxt tanış oldunuz?
- Bütün qızların arzuladığı, yeni bir həyat xəyallarında olduğum bir zamanda Səddamla tanış oldum. Bir gün qonşumuz Cina telefonla mənə zəng elədi və "Bu gün qonağımız var, sən də gəl", - dedi. Yeni bir adamla tanış olacağına, yəni həyatıma girəcəyi ürəyimə dammışdı. Lakin əminliklə deyə bilərəm ki, qonağın kimliyi haqda bilgim yox idi. Onu gördüyüm ilk anı, heç vaxt unuda bilmirəm. Gözlərimi bağlayanda da, o anlar gözümün qarşısında canlanır. Çox yaraşıqlı idi. Məni qaçırmağa gələn "ağ atlı şahzadə" kimiydi. Sadəcə bir neçə dəqiqə göz-gözə gəldik. Həyatım boyunca mən o bir neçə saniyəni unutmayacağam.

 Copyright 2006 İslamazeri.com
Səddam sizdən təsirləndimi?
- Bəli, onun diqqətinə səbəb olmuşdum. Səddamın mənim haqqında düşünməsini anlamam uzun sürmədi. Məni izləməyə başlamışdı. Firyal adında bir rəfiqəm var idi. Firyalın işi Səddam üçün sevgililər, məşuqələr tapmaqdı. Bir gün gəldi və onun maşını ilə şəhərdən kənara çıxdıq. Böyük bir evə getdik. Qapı açılanda, qanım dondu, içimdə çox sevindim. Çünki qarşımdakı onun özü idi. Səddamı təkrar orada gördüm. Ona "yox" deyə bilmədim. O gündən sonra artıq mən, keçmiş Parsivla deyildim.


Amma evliydiniz və siz də başqa birinin həyat yoldaşı idiniz...
- Səddam o dönəm Bəəs partiyas sədri olmağa hazırlaşırdı. Mən İraqın ən zəngin ailələrindən birinin oğlu olan, Sirob Steven Skenderyan ilə evləndim. Bu evliliyimizdən bir övladım oldu, həyatımdan razı idim. Ərimə hörmət edirdim, ancaq Səddam heç vaxt ağlımdan çıxmırdı. Zatən onun kölgəsindən uzaqlaşa bilmirdim.

 Copyright 2006 İslamazeri.com
Həyatınıza müdaxilə edirdimi?
- Yeni il axşamı, evimizdə şam ağacını bəzəmiş, yeni ilin gəlməsini gözləyirdik. Televizoru açdıq və diktorun uzun bir siyahı ilə adlar oxuduğunu gördük. Hökümət var-dövlətləri müsadirə edilən şəxslərin adlarını oxuyurdu. Bu siyahı ölkənin varlılarının siyahısı idi. Ərimin adı da bu siyahıda var idi. Ərim ayağa qalxdı və şam ağacını götürüb yerə çırpdı. "Hər şeyimizi itirdik" dedi. Ərim Diyalə və Ümel Ezumdakı böyük fermaların sahibi idi. O vaxt bunu anlamadım, sonra Səddamın mənə kiçik mesajı olduğunu bildim.


Sizə unutmadığını göstərdi yəni?

- O Səddamdan aldığım ilk zərbə idi. Məni unutduğunu düşünürdüm, amma mənə "Hara gedirsən get, gözüm sənin üstündə olacaq. Hara gedib, nə etdiyini də bilirəm", - dedi.

 

Sonra nə oldu?
-O gecə qapımıza ərimin dostları gəldi və "Sirob burda qalsan. Səddam səni öldürəcək, çıx get buralardan", - dedilər. O gecə ərim ölkədən qaçdı və heç vaxt İraqa qayıtmadı.

 

Siz nə etdiniz?
O zaman hələ 22 yaşında idim. Uşağımı götürüb, anamın yanına getdim. Bir gün qapımız döyüldü, ərimin vəkili Ali Svediydi. Mənə məktub gətirmişdi. Zərfin içində boşanmağımızla bağlı bir sənəd var idi. Ərim məndən xəbərsiz məni boşamışdı. Sirobdan sonra həyatımın mənası qalmadı.
 Copyright 2006 İslamazeri.com

Siz İraqı niyə tərk etmədiniz?
- İraqdan qaçdım. Yunanıstana getməyi qərarlaşdırdım. Afinaya gəldim orada ev kirayələdim. İşə başladım, lakin uşağımın məktəbi üçün İraq səfirliyindən bir sənəd lazım olduğu üçün ora getdim. Sanki mənim üçün qurulmuş bir oyun idi. Səfirliyə gəldim səfir özü mənə "Bilirəm məktəb üçün sənəd almağa gəlmisiniz. Fəqət başqa bir şey də var", - dedi. Nə məsələ olduğunu soruşanda "İraq prezident aparatı bizə təlimat göndərib, Parsivla Lampos xanımın Prezident Səddam Hüseynin təlimatı ilə vətənə geri qayıtmasını təmin etməyimi istəyiblər. Yunanıstan pasportunu bizə verməli və geri qayıtmanız lazımdır. Unutmayın ki, sizin orda ailəniz var.", -deyə bildirdi.


Hekayə yəni yeni başlayır...
- Elə də oldu. Bağdada qayıtdıq. Sonrakı gün səhər saat 08:00-da iki hrbçi gəlib məni evdən götürüb polis idarəsinə apardılar. Qapıdan girən kimi, məni hərbi salamla qarşıladılar. Özümü itirdim. Pasportumu istədilər? "Problem nədir?" soruşdum. "Sənə Səddam Hüseynin imzaladığı xüsusi pasport verəcəyik. VİP pasport", -dedilər.

 

Təkrar nə vaxt qarşılaşdınız?
Sabahısı gün evimə bir nəfər gəlib, Səddamın çağırdığını dedi. Bəzənib, düzənib ora elə getdim. Zəif görünmək istəmirdim. Ürəyimi dinləmək istəmirdim. Çünki, o an ürəyimi dinləsəydim ölərdim. Mənim üçün bu, bir film kimi idi. Yanına getdim, yaxınlaşıb "dəyişməmisən, amma gözəlləşmisən", -dedi.

Sizin təpki, cavabınız oldumu?
Cavab vermədim, sadəcə gözlərinin içinə baxdım. Baxışların onu narahat etdi və əsəbləşərək "mənə elə baxma" dedi. Sonra mənə nə istədiyimi soruşdu və "get, mən sonra sənlə əlaqə quraram" deyə bildirdi. Daha sonra evlərindən birini verdi və istədiyi zaman görüşməyə davam etdik.

Onun hansı tip insan olduğuna aydınlıq gətirərsinizmi?
- Bilirsiz, Səddam Hüseynin çox çətin bir uşaqlıq və gənclik dövrü olub. Atasını heç görməyib, anası başqa birilə evlənib, ögey atasının yanında böyüyüb. Uşaqlığı səfillik içində keçib, küçələrdə avaralar kimi ayağyalın gəzib-dolaşıb. Xeyrullah Tulfah onun əlindən tutub "Bəəs" partiyası üzvü edənə qədər, çox səfil həyatı olub. "Bəəs" ona iqtidar və güc qapısı açmış və addım-addım özünü tapmağa başlamışdı.
Səddam insanın başını tovlamaq mövzusunda çox məharətli idi. Amma nə sevincini, nə də əsəblərini gizlətməyə qadir deyildi. Çevrəsindəkilər hər an, hər şeyə hazırlıqlı olması lazım idi. Bir saat içində sizi çağırıb hər şey verə biləcəyini dediyi halda, bir saat sonra da qəlbinizi qopara biləcək biriydi. Nə vaxt necə onun davranışını əvvəlcədən bilmək mümkün deyildi. Çox qarmaqarışıq bir şəxs idi.


Sizi daima izləməsi sizi narahat edirdimi?
- Səddamın mənə son yaxınlaşması, ona qarşı içimdəki bütün hissləri öldürdü. Artıq sadəcə öz həyatımı düşünürdüm. Onunla necə bacaracağımı, necə alıb verəcəyimi düşünürdüm. İçimdə həmişə bir qorxu var idi. Çünki sabah başıma nə gələcəyini bilmirdim. Sağ qalıb-qalmayacağımı belə, bilmirdim. Səddamın yanında olan heç kəsin həyatı sığortalanmamışdı.

 Copyright 2006 İslamazeri.com

Səddamın ailəsi, ən çox onun hansı ailə üzvülə yaxın əlaqəniz var idi?

- Oğlu Udey istəmədiyim halda məni özünün Olimpiya Komitəsinin baş katibi etmişdi. Udey ərköyün və kobud idi. Narkotik istifadə edirdi, təhlükəli biri idi. Narkotik maddə qəbul edəndə başını itirir və ən yaxın dostlarını belə öldürtdürürdü. Hətta Səddamın ən yaxın dostu Kamil Hannayı da o öldürdü. Səddam Hannayı çox sevərdi. O Kamilin əvvəlcədən yemədiyi, dadmadığı bir şeyə toxunmazdı. Onsuz bir yerə getməzdi. 1988-də Misirin o dönəmki rəhbəri Hüsnü Mübarək və Suzan Mübarək üçün xüsusi mərasim hazırlanırdı. Qonaqların qaldığı yerdə Udey uca səslə musiqi dinləyirdi. Səddam Kamili göndərib, Udeyə xəbərdarlıq göndərir, buna görə. Udey atasının ən sadiq dostunu ordaca öldürür. Udey atasınə belə qulaq asmırdı. Çünki o anasının bir dənəsi idi.
Qusayı da yaxşı tanıyırdım. O bir az ayrı cür insan idi. Daha çox dayısına oxşayırdı, hətta əkizi kimiydi. Udey kimi problemli və başa-bəla biri deyildi. Amma yenə də, o ailənin bir fərdi idi.


Sevmədiklərini torpağa basdırırdılar yəni?
- Bəli, Səddam qaynı Adnan Xeyrullahı da öldürdü. Arvadı Sacidənin qardaşı və onun əlindən tutub onu yüksəldən Xeyrullah Tulfahın oğlunu, çevriliş ediləcəyindən qorxduğu üçün öldürdü. Adnan amma yaxşı adam idi. Səddam da onu sevirdi, amma çevriliş edəcəyindən qorxdu və əcaib şəkildə öldürdü. Arvadı Sacidə ilə qaynını ziyyarətə getdiyi zaman, Adnanı bir yerə göndərir. Arvadı "Bilirəm qardaşımı öldütdürəcəksən" deyir. O gün Adnanın da içində olduğu vertolyot havada qəzaya uğrayır və qaynı beləcə ölür. Səddam kölgəsinə belə güvənmirdi, ətrafındakılar bunu yaxşı bilirlər.

 

Səddamın xobbiləri haqda...

-Çox fərqli xobbi və məşğuliyyətləri var idi. Ova getməyi sevərdi. Təbiətdə gəzməyi sevirdi. Narahat, kədərli vaxtlarda tək qalmağa üstünlük verirdi. Bəzən də belə bir vaxtda televiziyanı açıb filmə baxardı. "Ata" filmini çox sevirdi. Bu anlarda heç kəslə danışmaq, özünə qapanardı. Əlində bir viski şüşəsini götürər, axıra kimi içərdi. Sonra tapancasını çıxarar, yuxarı qaldırıb oynayardı. Bu an sərxoş olduğunu bilərdik. Bu da bir növ sevindiyinin göstəricisi idi. Amerikan filmlərində olduğu kimi həmişə başında şapkası olmağını istəyirdi.
 Copyright 2006 İslamazeri.com
Onun etdikləri haqda soruşurdunuzmu?

- Soruşdum. Dedim niyə bu qədər qan tökülür. O da mənə "Sən heçnə bilmirsən. Küçələrdə sən böyümədin, mən böyüdüm. Bu xalqın nə istədiyini yaxşı bilirəm.", - dedi..

 

Ailəsinin sizə münasibəti necəydi?
- Sadəcə mən yox, ailəm də Səddamın ailəsindən çox zərbə aldıq. Bir gün Səddamın oğlu Udey qızlarımı ova götürmək istədiyini dedi, yox deyə bilmədim. Axşam evə gələndə, qızımın durumunun çox pis olduğunu gördüm. Başına nə oyun açdığını soruşmağa cürət etmədim, amma onun orada yaşadıqlarını gözümü yumub fikirləşdim, olanlar sanki gözümün qarşısında canlandı.

Yaşadıqlarınıza peşmansızmı?
- Xeyir peşman deyiləm. Çünki əlimizdən başqa bir ey gəlmirdi və istəsəydik də, bu alın yazısını dəyişdirə bilməzdik. Amma əlimdə olsa, o günlərə geri dönsəm, Səddama "yox" deməyin bir çox yolunu tapa biləcəyimi düşünürəm.

 Copyright 2006 İslamazeri.com

Bəs necə xilas oldunuz?

- Səddamın villalarından birində qalırdıq. Daima qaçıb canımızı qurtarmaq üçün fürsət axtarırdıq. Bir gün, uzun bir yolçuluqdan sonra Duhoka qaçmağa müvəffəq oldum. Birdən birə özümü Kürdüstan kəşfiyyatı üzvlərinin içində gördüm. Mənə "sən bizim qonağımızsan" dedilər. Daha sonra məni Mosula apardılar. Səddama göndəriləcəyimdən çox qorxdum. Lakin İordaniyaya geçə bildik.


Orada kiminlə görüşdünüz?
- Bizi "Hacı" adında bir nəfərə təslim etdilər. Hacı mənə "sənin kim olduğunu bilirik. Səni tapmaq üçün çox pul xərclədik.", -dedi. Hacı bir gün gəlib "amerikalı qonaqlarımız var" dedi. ABC telekanalından Cler Shepman və çəkiliş qrupu gəlmişdi. O zaman bu işin arxasında kimlər olduğunu anladım. Amerikalıların mənə ehtiyacı var idi və Səddamın həqiqi həyat hekayəsini bilmək istəyirdilər.
 Copyright 2006 İslamazeri.com
İordaniyadamı qaldınız?
- Xeyir, hacı sonra gəlib məni Suriyaya gedəcəyimi dedi. Fəqət çox təhlükəli idi. O da mənə "bütün İraq Kəşfiyyatı səni axtarır" dedi. Amerikalılar Yunanıstana getməyimi istədilər. Bunu mən istəmədim. Çünki İraq Kəşfiyyatı Yunanıstana çox rahat gəlib çıxa bilərdi. Buna görə, İsveçə getməyi seçdim.


Səddamın həbs olunub, edam edilməsi sizə təsir etdimi?

- Səddam mənim, ərimin və uşaqlarımın həyatını oğurladı. Amma əsla onun sonunun bu cür tragik bitməsini istəməzdim. O etdiklərinə görə, peşman olmadı, üzr istəmədi. Onu sevmək ya da sevməməkdən ötrü deyil, amma bir insan niyə öz sonunu bu cür hazırlayarki... Onu belə bir sonluqla görmək istəməzdim. Baxın o böyük iqtidarına nə oldu? Edam edildiyi anı izlədim. Gözəl və pis günlər hafizəmdə canlandı. Asılan şəxsin Səddam olduğuna inanmaq çox çətin idi. Nə deyə bilərəm ki, xoşbəxt idimmi, kədərli idimmi, bilmədim. Amma şoka düşmüşdüm. Səddam həyatımı məndən oğurladı. Məni öldürmədi, amma həyatımı aldı. Öldürsə bəlkə daha yaxşı olardı. Çünki mən onun yanında yaşayan bir ölü idim...

Tərcümə: İslamazeri.com Copyright 2006 İslamazeri.com

SAYTA DƏSTƏK OLUN


"Baxın böyük iqtidarına nə oldu?" - Səddamın Yunan məşuqəsi bilinməyənlər haqda... GENİŞ MÜSAHİBƏ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • General Cəfəridən Pakistana qaçırılan İran əsgərləri barədə mühüm AÇIQLAMA
    General Cəfəri sərbəst buraxılan beş əsgərin Pakistan dövlətinin himayəsi altında olduğunu ifadə edib.
     16.11.2018
    Səudiyyə rejiminin yeni etirafı: Qaşıqçı İstanbul Konsulluğunda...
    Baş Prokurorluq cümə axşamı günü Camal Qaşıqçı dosyesi haqqında yeni bir etiraf edib.
     15.11.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ