EURO 1,9142 TRY 0,3019
USD 1,7 RUB 0,0271
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İDMAN

Kateqoriya : XƏBƏRLƏR

İDMAN

Yayınlanma tarixi:17.06.2019 13:41:57

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Ağstafada baş verən ağır cinayət hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda deyilir ki, iyunun 17-də saat 08 radələrində Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında orada satıcı işləyən Sadıxlı kənd sakinləri - Şərqiyyə Musayevanın, oğlanları Novruz və Şəmiddinin, həmçinin Ağgöl kənd sakinin Zeynəb Cəlilovanın odlu silahla qətlə yetirilmələri, daha 3 nəfərin isə ağır bədən xəsarətləri alması barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, oradan iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb və zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanılıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla bu ağır cinayətin Ağstafa rayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyətilə törədilməsi, bu zaman onun “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməsi müəyyən olunub.

Təxirəsalınmadan həyata keçirilmiş əməliyyat-axtarış və qabaqlayıcı profilaktik tədbirlər nəticəsinaə E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.


Baş Prokurorluq və DİN Ağstafada 4 nəfərin qətli ilə bağlı rəsmi məlumat yaydı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Qaraçı qızı polisə hər şeyi ETİRAF ETDİ - VİDEO
    Hər gün yolların kənarında görməyə adət etdiyimiz qaraçılar polis əməkdaşlarının davamlı tədbirlərinə baxmayaraq, yenə də küçələrdən yığışmırlar.
     20.07.2019
    Ailəsi sevdiyi qıza elçi getmədiyi üçün özünü öldürdü - Mahirin intiharının təfərrüatı (FOTOLAR)
    Xaçmaz rayonunun Nərəcan kəndində üç gün öncə baş verən intihar hadisəsinin təfərrüatı üzə çıxıb.
     20.07.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ