Təcili

Məlumat

  1. http://www.islamazeri.org/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:5.08.2022 10:39:18

Baş Prokurorluq Tovuzda Azərbaycan Ordusunun əsgərinin qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan "İslamazeri.com"a verilən məlumata görə, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İş üzrə istintaq tədbirləri davam edir.


Baş Prokurorluq: Tovuzda əsgər ölümü ilə bağlı saxlanılan var

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Binəqədidə yaşayış binasında yanğın olub
    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
     15.08.2022
    İsti hava şəraiti avqustun 20-dək davam edəcək
    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
     15.08.2022

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ