1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:28.01.2019 15:51:42

Cahangir Həsənov onu da bildirib ki, yaxınlarının idmançının meyitinin yarılmasına etiraz etdikləri üçün onlardan şikayətçi qalmayıblar.

"Xamis Məmmədovun nəzarətsiz qalması ilə bağlı deyilənlər doğru deyil."

Bunu Oxu.Az-a açıqlamasında sabiq idmançı Xamis Məmmədovun dünyasını dəyişdiyi Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının baş həkim müavini Cahangir Həsənov deyib.

O, X.Məmmədovun məşqçisi Nazim Məlikovun mərhumun halının pisləşməsi zamanı nəzarətsiz qalması ilə bağlı deyilənləri təkzib edib:

“Bizdə həmişə növbətçi həkimlər olur. Lap halı pisləşdiyi vaxt yanında həkim olmayıbsa belə, onun yaxınları ki yanında idi. Onlar dərhal xəbər verə bilərdi”.

Cahangir Həsənov onu da bildirib ki, yaxınlarının idmançının meyitinin yarılmasına etiraz etdikləri üçün onlardan şikayətçi qalmayıblar:

“Onun ölüm səbəbini araşdırmaq üçün meyitin yarılması zəruri idi. Lakin yaxınları buna imkan vermədi. Morqdan meyiti götürüb apardılar. Hər halda bizdən şikayətçi olsaydılar, yarılmasına imkan verərdilər. Bununla belə, biz onun ölüm səbəblərini araşdırmağa çalışacağıq”.

Baş həkimin müavini qeyd edib ki, Xamis Məmmədov klinikaya pnevmaniyalı xəstə kimi gəlmişdi:

“Müalicə həkiminin dediyinə görə, bura gətirilərkən vəziyyəti orta-ağır idi. Biz bilmirik, bəlkə, o bura gətirilərkən hardasa döyülmüşdü. Onun ölüm səbəbi xəstəliyi ilə bağlı olmaya da bilər. Onda tromb vardı. İdmançılarda belə hallar olur. Tromb istənilən yeri vurub sıradan çıxara bilir. Döyüşlər zamanı aldığı zədələr sonda belə hallara səbəb ola bilir. İstənilən halda, onun ölümünün səbəbini meyitin yarılması ilə dəqiq söyləmək olardı”.

Qeyd edək ki, Xamis Məmmədov 26 yanvarda dünyasını dəyişib. O, dünən doğulduğu və yaşadığı Sabirabadda dəfn olunub.


Baş həkimin müavini: Bəlkə, Xamis bura gətirilərkən hardasa döyülmüşdü?

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Bakıda müsəlmanlar kilsəyə axın etdi - Foto
    Aprelin 23-də Məşədi Dadaş məscidinin dini icmasının üzvləri Bakıda yerləşən Müqəddəs Məryəmin Məsum Hamiləliyi Kilsəsini ziyarət ediblər.
     23.04.2019
    Nigeriyada polis 11 nəfəri öldürdü - SƏBƏB
    Hadisənin Qombe ştatında baş verdiyi qeyd edilir.
     23.04.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ