EURO 1,9848 NEFT 78,55
USD 1,7 RUB 0,0253
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:09.03.2018 09:59:22

Bakının Bülbülə qəsəbəsinin "İmam Ümmət" məscidində silsilə mövlud mərasimləri keçirilib

İslamazeri.com xəbər verir ki, İslam Peyğəmbərinin əziz qızı, Həzrəti Zəhranın (s.ə) mübarək mövludu dünən axşam saatlarında daxil olub. Bu münasibətlə dünyanın, həmçinin Azərbaycanımızın bir çox guşəsində mövlud mərasimləri keçirilməyə başlayıb.

Dünən Bakının Bülbülə qəsəbəsinin "İmam Ümmət" məscidində günorta namazlarından sonra, məscidin xanımlardan ibarət "Xanım Zeynəbi Kübra" heyəti Həzrəti Zəhranın (s.ə) mübarək mövludunu keçirib. Mövludda şeirlər səsləndirilib, səhnəcik nümayiş etdirilib, mərasimə qatılanların şirniyyat süfrəsi açılaraq ilahilər oxunub.

Şam namazından sonra isə, ümumi mərasim keçirilib. Quran tilavətindən sonra ilahiyyatçı Hacı Mirmehdi Dərafərin çıxış edib. Quran və hədislər deyərək, Peyğımbər Əhlibeytinin məqamını, xüsusilə Həzrəti Zəhranın (s.ə) məqamından danışıb. O Əhlibeyt haqqında ayəni deyərək bildirib: "Quran buyurur: "Bu, çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır (Lövhü məhfuzda). Ona yalnız pak olanlar toxuna bilər!" (Vaqiə 77, 78, 79-cu ayələr). Bəs axı Quranı yandrırlar, cırırlar. Yəni toxuna bilirlər. Cavab budur ki, buradakı Quranın nüsxəsidir, Quranın ayələrinin yazıldığı kitabdır. Ayələr hifz olunur. Digər ayədə isə, buyururlur ki, kitaba ancaq paklar toxuna bilər. Əvvəl söylədiyimiz kimi Əhzab surəsinin 33-cü ayəsindəki "Allahın İradəsi budur ki, siz Əhlibeytdən bütün çirkinlik və nöqsanları uaqlaşdırsın.", başqa ayədə isə Allahın iradəsi haqqında "O nəyə iradə edərsə, "Ol!", deyər və o da olar." deyilir. Gəlirik əsas mətləbə, Qurana pak olmayanlar toxuna bilməz,  Əhlibeyt barəsində "təthir" ayəsində də Əhlibeytin pak-pakizə olması bildirilri və buradan alimlər bu nəticəni çıxarırlar ki, Qurana mənəvi olaraq Peyğəmbər və Onun Əhlibeyti toxuna, başqa cür desək açıqlaya bilərlər."

Hacı Mirmehdi daha sonra Həzrəti Zəhra (s.ə) haqqında gələn duanı oxuyaraq, mənasını açıqlayıb.

Mərasimə qatılan Əhlibeyt şairi Seyid Nürəddin Dərafərin şeirlər deyib.

Seyid Nürəddindən möhtəşəm şeir

Ramin Bayramov paylaştı: Cümə axşamı, 8 Mart 2018

Daha sonra Əhlibeyt məddahi Hacı Rasim Xudayi şeir, qəzəl və ilahilər səsləndirib.

Hacı Rasimdən gözəl ifa

islamazeri.com paylaştı: Cümə axşamı, 8 Mart 2018

Bakının "İmam Ümmət" məscidində silsilə mövlud mərasimləri keçirilib - VİDEO, FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Londonda sürücü maşınını məscidin yanındakı adamların üzərinə sürdü
    Yerli polis insidentlə bağlı məlumat verib.
     19.09.2018
    Valideynlər övladlarını məktəblərə qoya bilmir - ŞİKAYƏT
    Yeni tədris ili başlasa da, bəzi valideynlər övladlarını təhsil müəssisələrinə yerləşdirə bilmirlər.
     19.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ