EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:17.06.2017 10:35:44

Yasamal rayonu, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələdədir.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb.

Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə sınaq yürüşləri keçirilib. Sınaq yürüşlərini “Azəravtoyol" ASC-i və Bakı Nəqliyyat Agentliyi birgə həyata keçirib.

Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər nəzərdən keçirilib.

"Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq" - məlumatda deyilir.


Bakının daha iki yolunda yenidənqurma işləri başa çatıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • TAYDER İstanbulda tələbə və müəllimlərin iştirakı ilə
    Türkiyənin tanınmış təşkilatı Qüds günü ilə əlaqədar “Fələstinin dünəni, bu günü və gələcəyi” adlı tədbir keçirib.
     25.06.2017
    Trampın kürəkəni və baş müşavirinin istəyi Fələstin prezidentini qəzəbləndirib
    Mahmud Abbas Kuşnerin bu istəyinin İsrailin xeyrinə olduğunu deyərək, istəyini qəbul etməyib.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ