Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.
İslamazeri.com "Azərsu" ASC-yə istinadən xəbər verir ki, hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Qurum yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
Bakının Binəqədi və Nərimanov rayonlarının bir hissəsində su kəsilib