EURO 1,9801 NEFT 72,05
USD 1,7 RUB 0,027
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:30.06.2018 17:56:11

Deputat deyib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir.

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi abidələri dağıdaraq silməyə çalışır".

"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ülviyyə Ağayeva AŞPA sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı bildirib.

Deputat deyib ki, Ermənistandan fərqli olaraq, Bakının mərkəzində erməni kilsəsi fəaliyyət göstərir:

"İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər”.
Milli Məclisin deputatı mədəni irsin qorunması istiqamətində UNESCO-nun roluna da toxunub.

Bildirib ki, mədəniyyətin qloballaşdığı dövrdə hər bir xalqın mədəniyyətinə xas olan məqamlar və milli kimlik qorunub saxlanmalıdır:

"Xalqlar bir-birinin mədəniyyətinə qarşılıqlı şəkildə hörmətlə yanaşmalıdırlar. Mədəni irs dağıntılardan, vandalizm aktlarından qorunmalıdır. Milli və mədəni irsin qorunması, ilk növbədə, onun mənsub olduğu xalqın əlində olsa da, eyni zamanda, beynəlxalq birlik və təşkilatlar da bu məsələyə xüsusi diqqət verməlidirlər".


"Bakıdakı kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır" - Millət vəkili

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək
    Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu Azərbaycana səfər edəcək.
     19.07.2018
    Tramp Ərdoğana səsləndi: Bu tam bir biyabırçılıqdır...
    Tramp xristian keşiş üçün Ərdoğana səsləndi.
     19.07.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ