1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:30.11.2017 11:02:28

Bakının Yasamal rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

İslamazeri.com Report-a istinadən xəbər verir ki, "Statistika dairəsi" kimi tanınan ərazidə "Kia Sportage" markalı avtomobilin sürücüsü yüksək sürətlə dönmə əməliyyatı edən zaman idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran avtomobilin daha sonra arxa təkər sistemi qırılıb və nəqliyyat vasitəsi yoldan çıxıb.

Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb. O, "Kia"nın dövlət qeydiyyat nişanını çıxararaq hadisə yerindən qaçıb. Polis əməkdaşları qəza baş verən ərazidə olublar. Hazırda avtomobilin sahibi müəyyənləşdirilir.

Faktla əlaqədar başlanılan araşdırmalar davam etdirilir.


Bakıda yüksək sürətlə gedən maşın işıq dirəyinə çırpılıb, sürücü qaçıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda
    Dələduzluq yolu ilə insanları aldadan, bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri həyata keçirib.
     15.12.2017
    Proses dekabrın 22-də davam etdiriləcək
     15.12.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ