EURO 1,8907 TRY 0,2924
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:14.09.2019 17:00:51

Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti - sürücü, piyada məsuliyyətidir.

Paytaxtda avtomobilləşmənin sürətlə inkişaf etdiyi dövrdə təhlükəsizliyin əsas şərti yol mədəniyyəti - sürücü, piyada məsuliyyətidir.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Baku.ws-ə bildirib.

Verilən məlumata görə, yollarda qarşılıqlı məsuliyyət, piyada-sürücü, sürücü-piyada münasibətlərinin tənzimlənməsi üçün kompleks tədbirlər həyata keçirilir.

Əvvəlki illərdən fərqli olaraq, paytaxt yollarında piyada intizamının güclənməsində konkret nəticələr var.

Bunu nəzərə alaraq, post-patrul xidmətindən yol polisinə ezam olunan əməkdaşlardan təşkil olunan naryadların fəaliyyətinə xitam verilməklə, əvvəlki iş yerlərinə qaytarılıb.

Piyadalarla bağlı inzibati xəta tərkibi yaradan halların azalması zərurətindən irəli gələrək piyadalara qarşı profilaktiki tədbirlər yol polisinin piyada naryadları tərəfindən icrası davam etdirilir.

Yollarda müşahidə olunan sosial-neqativ hallar – piyada keçidlərindən istifadə etmədən, “tələsirəm” deyib, öz həyatına, sürücülərin hüquqlarına ehtiyatsız yanaşmanın fəsadları cəmiyyətə məlumdur.

Bu fəsadlara səbəb olan yol hərəkəti əleyhinə olan inzibati xətaların qarşısının alınması işinin gücləndirilməsi və maarifləndirmə hər bir hərəkət iştirakçısından da asılıdır.

Hər bir hərəkət iştirakçısı bilməlidir ki, ani ehtiyatsızlıq, etinasızlıq böyük faciələrə səbəb olur. Dəyərmi, doğmalarımızın göz yaşına?

Təhlükəsiz həyat naminə hər birimiz qaydalara əməl etməliyik ki, doğmalarımız gözü yaşlı qalmasın.

Mütamadi olaraq, statistikanı yayırıq ki, sürücü, piyada, bu qədər adam ölüb, bu qədər adam xəsarət alıb, diqqətli ol! Bu reallıqlar, açıq gerçəklər o həqiqətin göstəricisidir ki, dövlət nümayəndəsi – polis cəmiyyətə açıq çağırışlar edir:

“Yol qaydalarına əməl edin, əks təqdirdə...”.

Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, əhalinin qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.


Bakıda yolu düzgün yerdən keçməyən piyadaları kim cərimələyəcək? - RƏSMİ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ