EURO 1,9424 NEFT 62,11
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:04.10.2018 16:35:27

Arıçılıq Məhsullarının 19-cu Satış-Sərgi Yarmarkasına təqdim olunan 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib.

Arıçılıq Məhsullarının 19-cu Satış-Sərgi Yarmarkasına təqdim olunan 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Baytarlıq nəzarəti şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib.

Onun sözlərinə görə, yarmarkaya çıxarılan bütün məhsullar ekspertizadan keçirilib. İnsan amilinin olmaması üçün nümunələr kodlaşdırılmış şəkildə götürülüb, keyfiyyətə cavab verməyən məhsullar ayrı anbara toplanılıb.

Q.Əbdüləliyev əlavə edib ki, arıçılıq məhsullarından götürülən və ekspertizadan keçirilən 3974 nümunənin 900-ə yaxını keyfiyyət tələblərinə cavab verməyib.

Q.Əbdüləliyev məhsulları keyfiyyət tələblərinə cavab verməyən arıçıların təsərrüfatlarına baxış keçiriləcəyini və onların fəaliyyətinin təhlil ediləcəyini də söyləyib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri B.Həsrətov qeyd edib ki, daha keyfiyyətsiz arıçılıq məhsulları əsasən Daşkəsən və Astara rayonlarından daxil olur.

İslamazeri.com


Bakıda yarmarkaya çıxarılacaq 30 tona yaxın arıçılıq məhsulları keyfiyyət tələblərinə cavab verməyib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dollar kreditləri ilə bağlı VACİB YENİLİK - VİDEO
    Yeni qaydalara əsasən əmlak kreditləri isə yalnız manatla verilə bilər.
     10.12.2018
    Fransadan Trampa: Daxili işlərimizə qarışma!
    Fransa XİN başçısı Trampın sosial şəbəkədəki yazısını şərh edib.
     10.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ